https://sputnik.az/20220511/ankarada-dordterefli-gorus-kecirile-biler-441836131.html
Ankarada dördtərəfli görüş keçirilə bilər
Ankarada dördtərəfli görüş keçirilə bilər
Sputnik Azərbaycan
Türkiyə mətbuatı yazır ki, diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına diqqət çəkib. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T18:44+0400
2022-05-11T18:44+0400
2022-05-11T20:13+0400
dünya xəbərləri
türkiyə
ukrayna
rusiya
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440555475_0:161:3071:1888_1920x0_80_0_0_f9701da59d3398257554b273dfc7aa4c.jpg
BAKI, 11 may — Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyə son qoymaq üçün diplomatik səylərini davam etdirir. Diplomatik mənbələr Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar təmas qrupu çərçivəsində görüş ola biləcəyini açıqlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.Ankara Kiyev və Moskva arasında atəşkəs əldə etmək üçün prosesin içərisindədir. Diplomatik mənbələr hərbi toqquşmaların davam etdiyi bir vaxtda danışıqlar prosesinin davam etdiyini açıqlayıblar.Döyüş meydanında vəziyyətin daha da pisləşdiyini qiymətləndirən mənbələr yaxın günlərdə baş tutması gözlənilən mühüm görüşə diqqət çəkiblər.Birləşmiş Millətlər Təşkilatının humanitar təmas qrupu yaratmaq təklifinin olduğunu qeyd edən mənbələr məlumat veriblər ki, Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında bu çərçivədə yaxın günlərdə danışıqlar davam edə, tərəflər arasında texniki görüşlər keçirilə bilər. Diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına da diqqət çəkiblər.BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə və əlaqəli ölkələrlə danışıqların davam etdiyi bildirilib. Qeyd edilir ki, bu ölkələr hələlik tərəflərə təklif təqdim etməyiblər.Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220420/zaxarova-ukrayna-ile-danisiqlar-davam-edir-441272318.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1d/440555475_170:0:2901:2048_1920x0_80_0_0_48c0886dbe38a5ce05af9339b97201a6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, ukrayna, rusiya, bmt
türkiyə, ukrayna, rusiya, bmt
Ankarada dördtərəfli görüş keçirilə bilər
18:44 11.05.2022 (Yenilənib: 20:13 11.05.2022) Türkiyə mətbuatı yazır ki, diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına diqqət çəkib.
BAKI, 11 may — Sputnik. Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyə son qoymaq üçün diplomatik səylərini davam etdirir. Diplomatik mənbələr Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar təmas qrupu çərçivəsində görüş ola biləcəyini açıqlayıb. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Ankara Kiyev və Moskva arasında atəşkəs əldə etmək üçün prosesin içərisindədir. Diplomatik mənbələr hərbi toqquşmaların davam etdiyi bir vaxtda danışıqlar prosesinin davam etdiyini açıqlayıblar.
Döyüş meydanında vəziyyətin daha da pisləşdiyini qiymətləndirən mənbələr yaxın günlərdə baş tutması gözlənilən mühüm görüşə diqqət çəkiblər.
Birləşmiş Millətlər Təşkilatının humanitar təmas qrupu yaratmaq təklifinin olduğunu qeyd edən mənbələr məlumat veriblər ki, Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında bu çərçivədə yaxın günlərdə danışıqlar davam edə, tərəflər arasında texniki görüşlər keçirilə bilər. Diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına da diqqət çəkiblər.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə və əlaqəli ölkələrlə danışıqların davam etdiyi bildirilib. Qeyd edilir ki, bu ölkələr hələlik tərəflərə təklif təqdim etməyiblər.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.