CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son 7 ildə ölkədə iyirmi tondan çox narkotik dövriyyədən çıxarılıb

© AP Photo / Arnulfo FrancoNarkotik
Narkotik  - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Ötən il narkomanlıq diaqnozu ilə qeydiyyata götürülənlərin sayı beş min nəfərdən çoxdur.
BAKI, 10 may — Sputnik. 2015-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 30 205 fakt aşkar edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.
Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18 325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: "Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub".
Müvafiq dövrdə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 21 ton 190 kq 410 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Son 7 il ərzində müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 10 ton 785 kq 892 qr-nı heroin (50,9%), 5 ton 784 kq 872 qr-nı marixuana (27,3%), 2 ton 544 kq 792 qr-nı tiryək (12%), 383 kq 954 qr-nı həşiş (1,8%), 1 ton 685 kq 288 qr-nı digərləri (8%), 5 kq 612 qr-nı kokain (0,02%) təşkil edib.
Ötən ilin 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.
2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0