CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pomidor turşusu ölüm saçır: Onu dükandan alarkən nəyə diqqət etmək lazımdır?

© Sputnik / Максим БлиновKonservləşdirilmiş tərəvəz, arxiv şəkli
Konservləşdirilmiş tərəvəz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Mütəxəssis bildiri ki, tərəvəz məhsulları konservləşdirilməzdən əvvəl 5 dəqiqə xüsusi məhlulda saxlanılmalıdır.
BAKI, 10 may — Sputnik. Qida məhsulların konservasiyası geniş istifadə olunmasına baxmayaraq, bu emal prosesi xüsusi diqqət və nəzarət tələb edir. Emal prosesində edilən hər hansı səhv məhsulun istehlak xassələrinə, eləcə də insan sağlamlığında ciddi problemlər yarada bilər. Buna görə də istehsalçılar məhsulların konservləşdirilməsində təhlükəsizlik tədbirlərini bilməli və onlara ciddi əməl etməlidirlər. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sorğuya cavabında deyilir.
AQTA-dan verilən məlumatda bildirilib ki, qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməlidir.
İstifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməlidir. Konservləşdirmədə istifadə edilən tara və qablaşdırıcı materialların tərkibində insan sağlamlığına zərərli və toksiki maddələr olmamalıdır. Eyni zamanda konservləşdirilmiş ərzaq məhsullarının saxlanılması zamanı baş verə biləcək mənfi prosesləri minimuma endirmək məqsədilə saxlanma şərtlərinə əməl edilməlidir:
"Bu tədbirlərə riayət olunmadığı təqdirdə məhsul mikrooorqanizmlərin təsirinə məruz qala bilər. Nəticədə bir çox xəstəliklər meydana çıxır. Buna misal olaraq, botulizm xəstəliyini qeyd etmək olar".
Botulizmi törədən bakteriya "Clostridium botulinum"-dur. O, insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən "hazırlanan" toksin - botulotoksin - ciddi bioloji təhlükə hesab olunur. Ev şəraitində turşu, tərəvəz salatları, kompot, mürəbbə, digər konservlər üçün hazırlanan meyvə və ya tərəvəzlər kifayət qədər yaxşı təmizlənib yuyulmursa, yaxud düzgün sterilizasiya olunmursa, daha sonra uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman bakteriyalar üçün ən "əlverişli" mühit yaranır.
© Sputnik / Константин ЧалабовTurşular, arxiv şəkli
Квашенная капуста - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Turşular, arxiv şəkli
İstehsal zamanı sanitar-gigiyenik rejimlərə, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur. Adətən botulin toksinləri əmələ gəlmiş məhsullar xarici görünüşünə görə xoş olmayan təsir bağışlayır:
"Toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir. Botulizm toksini ilə yoluxmuş məhsulu xüsusilə təhlükəli edir. Bəzən də olur ki, məhsulda toksin tapılsa da, bu onun xarici görünüşü, dadı və iyində kənar xüsusiyyətlərlə özünü büruzə vermir. Belə məhsullarda nəzərə çarpmayan zəhərlənmə baş verə bilir".
© pixabay / AKuptsovaPomidor turşusu
Pomidor turşusu - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Pomidor turşusu
Mikroorqanizmlərin konservləşdirilmiş məhsullara təsir etməsini, eləcə də bombaj baş verməsinin qarşısını almaq məqsədi ilə müxtəlif üsullardan istifadə edilir:
"Bunlara misal olaraq, sterilizasiya və tindalizasiya proseslərini göstərə bilərik. Sterilizə mikrobların məhv edilməsi məqsədilə konservlərin lazımı temperaturda hazırlanmasıdır".
Qida üzrə ekspert Seymur Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son baş verən arzuolunmaz hadisələr bu istehsal sahəsinə daha diqqətli yanaşılmanın vacib olduğunu göstərir:

"Sağlam məhsul ərsəyə gətirmək üçün xammalın qəbulundan onun qablaşdırılmasınadək hər bir nüansa xüsusi diqqət yetirilməsi gərəkdir. Konservləşdirilmədən öncə tərəvəz xüsusi dezinfeksiyaedici məhlulda təqribən 5 dəqiqə saxlanılmalıdır".

Növbəti mərhələdə axar suda yuyulduqdan sonra təlimatına uyğun şəkildə konservləşdirilməlidir:
"Konservləşdirilmiş məhsulun ağzı tam bağlanmalıdır, əks halda oksigenlə təmasda olan hissədə botulizm adlanan proses baş verir".
Mütəxəssisin sözlərinə görə, belə məhsulların etiketlərində göstərilən saxlanma qaydalarına da düzgün əməl etmək lazımdır, onlar gün işığından kənar saxlanılmalıdır. Məhsul etiket üzərində göstərildiyi müddətdə istehlak edilməlidir.
Xatırladaq ki, bir müddət öncə Saatlı rayonunda iki azyaşlıdan biri pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib. Dünyasını dəyişən azyaşlının 3 yaşı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0