https://sputnik.az/20220510/milletin-kimliyi-onun-milli-menevi-deyerleri-ile-bilinir---nazir-muavini-441796243.html
Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir - Nazir müavini
Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir - Nazir müavini
Sputnik Azərbaycan
Azərbaycan Dövlət Rəqs Ansamblının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan xeyriyyə konsertində dövlət rəsmiləri ilə yanaşı, Vətən müharibəsinin... 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T13:46+0400
2022-05-10T13:46+0400
2022-05-10T14:02+0400
mədəniyyət
rəqs
dövlət instrumental ansamblı
konsert
yaşat fondu
https://cdnn1.img.sputnik.az/img/41104/86/411048692_0:142:1000:705_1920x0_80_0_0_2b3f94d8b424df5868db1abbd5de66a3.jpg
BAKI, 10 may — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.Mədəniyyət nazirliyindən verilən xəbərə görə, konsertdən əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev milli dəyərlərimizə sahib çıxmağın önəmindən danışıb. Bildirib ki, əsas vəzifəmiz milli mədəniyyətin davamlığını təmin etməkdir:Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib.Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı (ADRA) 1970- ci ildə yaradılıb. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ artisti Leyla Bəkirova və respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. 1984-cü ildən Dövlət Rəqs Ansamblına Azərbaycanın Xalq artisti Afaq Məlikova rəhbərlik edir.Ansamblın repertuarında Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Emin Sabitoğlunun və başqalarının musiqisi əsasında yaradılan rəqslər var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41104/86/411048692_0:0:1000:750_1920x0_80_0_0_cb0f11378c5a6e55c816140e4e0828ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəqs, dövlət instrumental ansamblı, konsert, yaşat fondu
rəqs, dövlət instrumental ansamblı, konsert, yaşat fondu
Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir - Nazir müavini
13:46 10.05.2022 (Yenilənib: 14:02 10.05.2022) Azərbaycan Dövlət Rəqs Ansamblının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan xeyriyyə konsertində dövlət rəsmiləri ilə yanaşı, Vətən müharibəsinin qaziləri də iştirak edib.
BAKI, 10 may — Sputnik. Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayının dəstəyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının xeyriyyə konserti keçirilib.
Mədəniyyət nazirliyindən verilən xəbərə görə, konsertdən əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün "YAŞAT" Fonduna ianə ediləcək.
Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev milli dəyərlərimizə sahib çıxmağın önəmindən danışıb. Bildirib ki, əsas vəzifəmiz milli mədəniyyətin davamlığını təmin etməkdir:
"Biz sabah millət olaraq yeni günümüzə, yeni ilimizə öz dəyərlərimizlə başlamalıyıq. Artıq biz qloballaşmış elə bir dövrdə yaşayırıq ki, burada millətin kimliyi onun yaşadığı coğrafiya ilə bilinmir. Millətin kimliyi onun milli-mənəvi dəyərləri ilə bilinir. Biz sabahımıza özümüz olaraq qədəm qoymaq istəyiriksə mədəniyyətimizə sahib çıxmalıyıq".
Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı (ADRA) 1970- ci ildə yaradılıb. Ansambla uzun illər görkəmli balet ustaları, SSRİ artisti Leyla Bəkirova və respublikanın xalq artisti Əlibaba Abdullayev rəhbərlik edib. 1984-cü ildən Dövlət Rəqs Ansamblına Azərbaycanın Xalq artisti Afaq Məlikova rəhbərlik edir.
Ansamblın repertuarında Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyev, Cahangir Cahangirov, Telman Hacıyev, Səid Rüstəmov, Hacı Xanməmmədov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Emin Sabitoğlunun və başqalarının musiqisi əsasında yaradılan rəqslər var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.