CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər 163 yaşlı rahiblə bağlı saxtakarlığı ifşa ediblər

© AFP 2024 / LILLIAN SUWANRUMPHABuddist rahib, arxiv şəkli
Buddist rahib, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Ev dəftərindəki qeydlərə görə, ölən şəxsin yaşının daha az olduğu aşkar olub. Bəs rahibin həqiqətdə yaşı neçə olub?
BAKI, 10 may — Sputnik. Marta Kurt. Yüz altmış üç yaşlı buddist rahibin ölümü ilə bağlı yayılan xəbərlərin saxta olduğu üzə çıxıb. Onun ailəsini tapan jurnalistlər təfərrüatları öyrəniblər.
Taylanddan olan buddist rahibin ailəsi öz qohumunun yaşını inkar edib. Belə ki, rahibin 163 deyil, 109 yaşı olduğu aşkar edilib, amma bu yaş da az deyil. Hadisənin təfərrüatlarına diqqət yetirək.
Aprelin sonunda bir buddist rahibin 163 yaşında vəfat etdiyi barədə paylaşım sosial mediada hay-küy yaratdı. Əvvəlcə TikTok-da, daha sonra isə digər sosial şəbəkələrdə zəfəran rəngli geyimdə olan çox qoca buddist rahibin balaca qıza xeyir-dua verdiyi video peyda oldu.
Cəmi bir neçə saat ərzində sosial şəbəkələrin birində olan paylaşıma yüz min dəfədən çox baxıldı. Videonun üzərindəki Birma dilində olan mətndə onun "163 yaşı olan Böyük rahib" olduğu deyilir. YouTube kanalının ardınca 1000 Vliral Vids eyni videonu yayımladı, lakin bu videoda uzunömürlü rahibin yaşı artıq 170 idi.
Paylaşım sosial şəbəkələrin istifadəçilərini sözün əsl mənasında şoka saldı - heç kim bu yaşa qədər yaşaya bilməmişdi. Həmin günlərdə bütün xəbər agentlikləri Yaponiyada dünyanın ən yaşlı adamının - 119 yaşlı qadın Keyn Tanakanın vəfat etməsi barədə məlumat vermişdi. Rahibin videosunun peyda olması və onun 163 yaşı olduğunu dilə gətirməsi çoxları tərəfindən şübhə ilə qarşılandı. Və bu, heç də əbəs yerə deyil.
Hadisənin təfərrüatlarını öyrənən jurnalistlər yayılan videonun saxta olduğunu bildirdilər. Jurnalistlər tərəfindən izinə düşülən rahibin böyük qardaşı qızının dediyinə görə, həmin rahib bu ilin martında dünyasını dəyişəndə 109 yaşında olub.
Saxta postu kimin hazırladığı bilinmir, amma orijinal klipdə fərqli başlıq olub. İngilis dilinə tərcümə edilən Tayland dilində olan mətndə belə deyilirdi:
"Rahib ona yaxınlaşan böyük nəticəsinə xeyir-dua verir ki, onun sevgisini və qayğısını hiss etsin".
Yazı rahibin digər videolarının da yükləndiyi TikTok @auy.saranya hesabında görünmüşdü.
TikTok hesabını idarə edən Taylandlı Saranya Khivvilay, videoda babası - mərhum rahib Luang Ta Am Kanın onun qızına xeyir-dua verdiyini səhnənin göstərildiyini söyləyib.
Ailə Taylandın Nakhonratçasima əyalətindəki kəndlərdən birində yaşayan Luanq Ta Amın bu il martın 22-də 109 yaşında dünyasını dəyişdiyini təsdiqləyib. "Ev dəftərinə görə, onun 92 yaşı olmalı idi, lakin anası onun doğum tarixini gec qeyd edib. Babanın faktiki yaşı 109 olub", - deyə Saranya bildirib. Buddist rahibin ölümü barədə yerli "Thairath" nəşri də məlumat yayıb.
Buddist rahiblərin əksəriyyəti zahid həyatı yaşamır, özlərini ailədən və dünyəvi cəmiyyətdən təcrid etmirlər. Ancaq qida məhdudiyyətlərinə ciddi şəkildə əməl edirlər. Onların pəhrizi Buddist ənənəsinə görə dəyişir, lakin, adətən, bir rahibə gündə bir dəfədən çox yeməyə icazə verilmir.
Maraqlıdır ki, nadir rahiblər vegetariandırlar, lakin, demək olar ki, onların hamısı ayrı-ayrı qidalanma prinsiplərinə əməl edirlər: heç vaxt zülal və karbohidratları qarışdırmır, yemək zamanı yalnız bir cür yemək yeməyə çalışır, bu zaman tələsmir və yeməyi yaxşıca çeynəyirlər.
Uzunömürlülük fenomenini tədqiq edən alimlər belə qənaətə gəliblər ki, ömrün uzunluğu 25% genetikadan, 75% isə qidalanma və orqanizmin vəziyyətindən asılıdır.
Xatırladaq ki, Ginnesin Rekordlar Kitabına görə, dünyanın indiyə qədər yaşamış ən yaşlı insanı 1997-ci ildə 122 yaşında vəfat edən fransız xanım Lanna Luiza Kalman olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0