CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır - Mehriban Əliyeva

© Official website of President of Azerbaijan RepublicMehriban Əliyeva
Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 10.05.2022
Abunə olmaq
Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, ümummilli liderin Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaq
BAKI, 10 may — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə "Twitter"DƏ paylaşım edib.
Paylaşımda deyilir: “Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü, onun anadan olmasının 99-cu ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0