https://sputnik.az/20220510/genclere-faizsiz-kreditler-budceye-yuk-deyil---neft-uzun-muddet-baha-satilacaq---ekspert-441772830.html
Gənclərə faizsiz kreditlər büdcəyə yük deyil - neft uzun müddət baha satılacaq - Ekspert
Gənclərə faizsiz kreditlər büdcəyə yük deyil - neft uzun müddət baha satılacaq - Ekspert
Sputnik Azərbaycan
Evli olub ev sahibi olmayan gənc ailələr üçün təklif var: Onlar faizsiz kreditlə aylıq vəsait ödəyib mənzil sahibi ola bilərlər. 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T09:29+0400
2022-05-10T09:29+0400
2022-05-10T09:29+0400
cəmiyyət
mənzil
kredit
ekspert
https://cdnn1.img.sputnik.az/img/42016/11/420161147_36:0:1200:655_1920x0_80_0_0_127a7b79b3be7c5ed3a7ccdd3ebbac60.jpg
BAKI, 10 may — Sputnik. "Mənzillər kommersiya şirkətləri tərəfindən bazara çıxarılır. Gənc ailələrin mənzillə təminatı ilə bağlı güzəştlər dövlət hesabına olmalıdır, bütün bunlar büdcədə nəzərdə tutulmalıdır. İqtisadiyyatı güclü ölkələrdə bu cür layihələr icra olunur". Bunu açıqlamasıda millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbayanda da bu layihənin icrası mümkündür.Millət vəkili qeyd edir ki, belə bir layihənin icrasının Azərbaycan büdcəsinə nə qədər vəsaitə başa gələcəyini, bunun üçün maliyyə mənbəyinin haradan əldə ediləcəyini iqtisadçılar açıqlaya bilər.İqtisadçı Natiq Cəfərli isə deyir ki, ölkədə təxminən illik olaraq əksəri gənclər olmaqla 20-30 minədək nikah qeydə alınır:İqtisadçı bildirir ki, gənc ailələrə faizsiz güzəştli mənzillərlə bağlı layihələr yalnız Bakıda icra olunmamalıdır. Əks halda paytaxtın infrastruktur problemləri daha da artacaq. Bölgələrdə yaşayanlar üçün də şəraitin yaradılmasının vacibliyini vurğulayan iqtisadçı deyir ki, bunun üçün çoxşaxəli həll modeli olmalıdır. Məsələn, bölgələrdə gənclər üçün faizsiz torpaq almaq imkanı yaradılmalı, yaxud da mövcud torpaqda ev tikmələri üçün dövlət tərəfindən yardımlar edilməlidir:"Bununla da dövlət gənc ailələrin bölgələrdə yaşamasını təşviq edə bilər. Yəni, aylıq 200-300 manat vəsait ödəməklə vətəndaş mənzil sahibi ola bilər ki, bu da regionlardan Bakıya köçün qarşsını alar".Ekspert deyir ki, belə layihənin icrası eyni zamanda Bakıdan regionlara da axını təşviq edə bilər. Təbii ki, bunun üçün həmin ərazilərdə iş imkanları da genişləndirilməlidir:"Mənzil problemi haqda danışanda həmişə Bakını nəzərdə tuturuq. Yanaşma birtərəfli olmamalıdır, çünki Azərbaycan təkcə Bakıdan ibarət deyil".İqtisadçı Türkiyə təcrübəsini misal çəkərək bildirir ki, dövlətin "toplu konuk" (kütləvi məskunlaşma) adlanan xüsusi xidmət idarəsi var ki, burada gənc ailələr faissiz olaraq aylıq kirayə haqqı qədər vəsait ödəməklə mənzil sahibi olurlar:"Bu layihə ölkənin 40-dan artıq şəhərində icra olunur. Nəticə etibarı ilə də bölgələrdə iqtisadi fəaliyyət canlanır".N.Cəfərli qeyd edir ki, buna bənzər layihələri Azərbaycanda icra etmək mümkündür:"Hətta bu təcrübənin ölkəmizdə icrası üçün Türkiyə müəyyən məsələlərdə yardımlar da edə bilər".Gənc ailələrə faizssiz kreditlərin verilməsi büdcə üçün əlavə yük olmazmı, sualına cavab olaraq N.Cəfərli hələlik ki, bu istiqamətdə hansısa problemin olmadığını deyərək fikirlərini neftin də qiymətinin artması ilə izah edir:"2028-2030-cu illər də neft qiymətinin yüksək olması ilə yadda qalacaq. Bununla da Azərbaycanda yeni layihələrin icra olunması üçün maliyyə mənbələri də yaranmış olacaq".Qeyd edək ki, bir çox ölkələrdə yeni ailə həyatı quran gənclərin rihafı naminə müxtəlif sosial layihələr icra olunur. Bu layihələr sırasında elə gənclərə mənzil sahibi olmaq üçün faiz kreditlərin verilməsi də nəzərdə tutulur.Onu da qeyd edək ki, hazırda bir çox gənclər mənzil şəraitinin yaxşı olmadığı üçün daha gec ailə həyatı qurur. Gənc ailə kateqoriyasına aid olmayan gənclər arasında da evsizlikdən əziyyət çəkənlər çoxdur.Xatırladaq ki, cari ilin yanvar-mart aylarında dövlət qeydiyyat orqanlarında 14 606 nikah dövlət qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42016/11/420161147_284:0:1157:655_1920x0_80_0_0_9f5163f280153d1b6b081e109c6e7c5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, kredit, ekspert
Gənclərə faizsiz kreditlər büdcəyə yük deyil - neft uzun müddət baha satılacaq - Ekspert
Evli olub ev sahibi olmayan gənc ailələr üçün təklif var: Onlar faizsiz kreditlə aylıq vəsait ödəyib mənzil sahibi ola bilərlər.
BAKI, 10 may — Sputnik. "Mənzillər kommersiya şirkətləri tərəfindən bazara çıxarılır. Gənc ailələrin mənzillə təminatı ilə bağlı güzəştlər dövlət hesabına olmalıdır, bütün bunlar büdcədə nəzərdə tutulmalıdır. İqtisadiyyatı güclü ölkələrdə bu cür layihələr icra olunur". Bunu açıqlamasıda millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbayanda da bu layihənin icrası mümkündür.
Millət vəkili qeyd edir ki, belə bir layihənin icrasının Azərbaycan büdcəsinə nə qədər vəsaitə başa gələcəyini, bunun üçün maliyyə mənbəyinin haradan əldə ediləcəyini iqtisadçılar açıqlaya bilər.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, ölkədə təxminən illik olaraq əksəri gənclər olmaqla 20-30 minədək nikah qeydə alınır:
"Ailə həyatı quran bu gənclərin çoxunun mənzilə ehtiyacı var. Düşünürəm ki, gənclərin mənzil probleminin müəyyən qədər də olsa həlli üçün ildə təxminən 10 min mənzilə ehtiyac var".
İqtisadçı bildirir ki, gənc ailələrə faizsiz güzəştli mənzillərlə bağlı layihələr yalnız Bakıda icra olunmamalıdır. Əks halda paytaxtın infrastruktur problemləri daha da artacaq. Bölgələrdə yaşayanlar üçün də şəraitin yaradılmasının vacibliyini vurğulayan iqtisadçı deyir ki, bunun üçün çoxşaxəli həll modeli olmalıdır. Məsələn, bölgələrdə gənclər üçün faizsiz torpaq almaq imkanı yaradılmalı, yaxud da mövcud torpaqda ev tikmələri üçün dövlət tərəfindən yardımlar edilməlidir:
"Bununla da dövlət gənc ailələrin bölgələrdə yaşamasını təşviq edə bilər. Yəni, aylıq 200-300 manat vəsait ödəməklə vətəndaş mənzil sahibi ola bilər ki, bu da regionlardan Bakıya köçün qarşsını alar".
Ekspert deyir ki, belə layihənin icrası eyni zamanda Bakıdan regionlara da axını təşviq edə bilər. Təbii ki, bunun üçün həmin ərazilərdə iş imkanları da genişləndirilməlidir:
"Mənzil problemi haqda danışanda həmişə Bakını nəzərdə tuturuq. Yanaşma birtərəfli olmamalıdır, çünki Azərbaycan təkcə Bakıdan ibarət deyil".
İqtisadçı Türkiyə təcrübəsini misal çəkərək bildirir ki, dövlətin "toplu konuk" (kütləvi məskunlaşma) adlanan xüsusi xidmət idarəsi var ki, burada gənc ailələr faissiz olaraq aylıq kirayə haqqı qədər vəsait ödəməklə mənzil sahibi olurlar:
"Bu layihə ölkənin 40-dan artıq şəhərində icra olunur. Nəticə etibarı ilə də bölgələrdə iqtisadi fəaliyyət canlanır".
N.Cəfərli qeyd edir ki, buna bənzər layihələri Azərbaycanda icra etmək mümkündür:
"Hətta bu təcrübənin ölkəmizdə icrası üçün Türkiyə müəyyən məsələlərdə yardımlar da edə bilər".
Gənc ailələrə faizssiz kreditlərin verilməsi büdcə üçün əlavə yük olmazmı, sualına cavab olaraq N.Cəfərli hələlik ki, bu istiqamətdə hansısa problemin olmadığını deyərək fikirlərini neftin də qiymətinin artması ilə izah edir:
"2028-2030-cu illər də neft qiymətinin yüksək olması ilə yadda qalacaq. Bununla da Azərbaycanda yeni layihələrin icra olunması üçün maliyyə mənbələri də yaranmış olacaq".
Qeyd edək ki, bir çox ölkələrdə yeni ailə həyatı quran gənclərin rihafı naminə müxtəlif sosial layihələr icra olunur. Bu layihələr sırasında elə gənclərə mənzil sahibi olmaq üçün faiz kreditlərin verilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, hazırda bir çox gənclər mənzil şəraitinin yaxşı olmadığı üçün daha gec ailə həyatı qurur. Gənc ailə kateqoriyasına aid olmayan gənclər arasında da evsizlikdən əziyyət çəkənlər çoxdur.
Xatırladaq ki, cari ilin yanvar-mart aylarında dövlət qeydiyyat orqanlarında 14 606 nikah dövlət qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.