https://sputnik.az/20220510/dxaldan-ixraca-azerbaycan-srail-ucun-bugdani-haradan-alacaq-441793912.html
İdxaldan ixraca: Azərbaycan İsrail üçün buğdanı haradan alacaq
İdxaldan ixraca: Azərbaycan İsrail üçün buğdanı haradan alacaq
Sputnik Azərbaycan
Azərbaycanın özünün hazırda taxıl idxalından 40% asılı olmasına baxmayaraq, İsrail 2025-ci ildən başlayaraq Azərbaycandan buğda almağı planlaşdırır. Ölkə... 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T13:28+0400
2022-05-10T13:28+0400
2022-05-10T13:28+0400
iqtisadiyyat
buğda
idxal
ixrac
azərbaycan
israil
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437919762_0:0:3150:1773_1920x0_80_0_0_3828116e03c019f5c5a10c5aac7bcbd9.jpg
BAKI, 10 may — Sputnik. Gərgin geosiyasi vəziyyətlə bağlı olaraq dünya bazarına buğda tədarükünün kəskin azalması səbəbindən, taxıl idxalından asılı olan ölkələr növbəti illər üçün tədarükün diversifikasiyası haqqında düşünməyə başlayıblar.Kifayət qədər istehsal potensialına malik olan, lakin hələ də dünya təchizatçıları səviyyəsinə çatmamış ölkələr indi mümkün ixracatçılar hesab edilir.İsrail mətbuatının yazdığına görə, Təl-Əviv Azərbaycanı alternativ taxıl mənbəyi kimi nəzərdən keçirir və 2025-ci ildə Azərbaycan buğdasının idxalına başlamağı planlaşdırır.Eyni zamanda, İsrail Azərbaycana buğda istehsalını artırmaqda kömək etmək niyyətindədir, özü də bunun İsrailin ən son kənd təsərrüfatı texnologiyasının vasitəsi ilə ediləcəyi planlaşdırılır. İsrailin kənd təsərrüfatı naziri Oded Forerin yaxın həftələrdə bir qrup mütəxəssislə birlikdə Bakıya səfəri gözlənilir.Qarabağın kənd təsərrüfatı sənayesinin inkişafında İsrail təcrübəsiAqrar və kənd təsərrüfatı sektoru ilə məşğul olan İsrail şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə başlanandan dərhal sonra müvafiq layihələrdə iştiraka maraq göstərdilər. Belə ki, İsrailin keçmiş rabitə naziri Ayub Kara Qarabağa səfər edərək burada kibutslər (kənd təsərrüfatı kommunaları) tikməyi və bununla da kənd təsərrüfatının inkişafında İsrail təcrübəsini tətbiq etməyi təklif edib.Ötən ilin noyabrında keçirilən İsrail-Azərbaycan kənd təsərrüfatı biznes forumunda isə nazir Forer bildirib ki, İsrail kənd təsərrüfatı sektorunda mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, müasir texnologiyaların transferi, kənd təsərrüfatı sahəsində tədqiqatlar sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.İsrailin bu gün aqrar innovasiya həllərində lider ölkə olduğunu nəzərə alsaq, Təl-Əvivin kənd təsərrüfatının inkişaf etdirilməsi təcrübəsinin Azərbaycan üçün öz bəhrəsini verəcəyi və işğaldan azad edilmiş torpaqlarda məhsuldarlığı artıracağı gözlənilir.Qeyri-ərzaq buğdasının tədarükü mümkün ola bilərAzərbaycanda hazırda 600 min hektar sahədə buğda əkilir, lakin bu, əsasən qeyri-ərzaq növüdür, - deyə iqtisadçı Eldəniz Əmirov bildirib:"Azərbaycanın İsrailə hansı növ buğda ixrac etmək niyyətində olduğu hələ məlum deyil. Bu, yəqin ki, məhz qeyri-ərzaq növü ola bilər".Bu günə kimi respublikada buğda əkini qeyri-ərzaq taxılına olan daxili tələbatı ödəməyə kifayət edir. Eyni zamanda, ərzaq buğdasının istehsalı ölkə tələbatını ödəmir."Bu səbəbdən Azərbaycan onu Rusiya və Qazaxıstandan idxal edir. 2022-ci ildə Azərbaycan buğda idxalında Qazaxıstanın payını artıraraq, Rusiyanın payını təxminən 30% azaldıb", - deyə Əmirov bildirib.İdxalın diversifikasiyası və təkrar ixracıAzərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov qeyd edir ki, xüsusən də ötən ildən başlayaraq taxılın qiymətinin 35% bahalaşdığını nəzərə alınsa, bölgənin buğda ilə təmin edilməsi hazırda əsas vəzifələrdən biridir."Hələ Rusiya Federasiyası ilə Ukrayna arasında geosiyasi gərginlik başlamamışdan əvvəl Azərbaycan buğda ehtiyatlarını artırmağa çalışırdı. Təkcə 2022-ci ilin yanvarında taxıl idxalı 4 dəfə artıb. Bu, ilk növbədə ölkənin strateji ərzaq ehtiyatlarının artırılması proqramı ilə bağlıdır," – deyə deputat bildirib.Azərbaycan buğda alışının şaxələndirilməsi üçün tədbirlər görür. Hazırda Hindistanla danışıqlar aparılır və beləliklə, Bakı regionumuza yeni gələn təchizatçılarla əməkdaşlığa keçir.Ümumiyyətlə, taxılın alış mənbələrini şaxələndirmək və daxili ehtiyatları artırmaqla Azərbaycan buğdanın təkrar ixracına, o cümlədən, İsrailə təkrar ixracına başlaya bilər.İstehsal və satınalmaƏmirov qeyd edir ki, gələcəkdə ölkəmiz ərzaq buğdasına olan daxili tələbatı ödəmək üçün idxaldan asılılığını azaltmağa çalışacaq."Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni buğda sortu əkmək, həmçinin, bu məhsul üçün əkin sahələrini genişləndirmək niyyətindədir. Paralel olaraq məhsuldarlığın artırılması üçün yeni aqrotexniki və texnoloji istehsal üsullarının tətbiqi nəzərdə tutulur. Ona görə də ölkə İsraildən yardım almaq niyyətindədir," - deyə iqtisadçı bildirib."Rusiyanın təcrübəsini xatırlatmaq yerinə düşər – bu ölkə buğda istehsalı ilə yanaşı, eyni zamanda, digər MDB ölkələrindən daha ucuz olan taxılı idxal edir, sonra isə üçüncü ölkələrə tədarük edir. Bu model Azərbaycana da uyğun gələr", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib.Məhsuldarlığın yaxşılaşdırılması tədbirləriAzərbaycan Prezidenti İlham Əliyev hökumətin bu yaxınlarda keçirilən müşavirəsində ərzaq buğdasının məhsuldarlığının artırılması üçün görülməli olan tədbirləri qeyd edib."Ümumi taxıl istehsalı ölkənin tələbatının 60 faizini təşkil edir. Ərzaq buğdamıza gəldikdə isə, o, daxili tələbatımızın cəmi 25 faizini təmin edir. Ona görə də qarşımızda duran vəzifə özümüzü ərzaq buğdasının ən azı 70-75 faizi ilə təmin etməkdir. Bunun üçün həm potensialımız, həm də imkanlarımız var, özü də - həm işğaldan azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər ərazilərində", - deyə dövlət başçısı bildirib."Bundan ötrü həm bu il, həm də növbəti illərdə dövlət investisiya xərcləri artırılmalıdır", - deyə Prezident bildirib.Eyni zamanda, bu sahənin inkişafı üçün sahibkarlara ünvanlı və güzəştli kreditlər verilməlidir. Suvarma, suvarma sistemləri və gübrə sahələrində meydana çıxan problemlər də həll olunmalıdır.Azərbaycan rəhbəri təxirəsalınmaz tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə ikinci dəfə səpin aparıldığını və bu il 50 min hektara yaxın sahədə əkin aparılacağını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437919762_239:0:2970:2048_1920x0_80_0_0_ef1e390e68d2e30d6ded0198d9d40d22.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
buğda, idxal, ixrac, azərbaycan, israil
buğda, idxal, ixrac, azərbaycan, israil
İdxaldan ixraca: Azərbaycan İsrail üçün buğdanı haradan alacaq
Azərbaycanın özünün hazırda taxıl idxalından 40% asılı olmasına baxmayaraq, İsrail 2025-ci ildən başlayaraq Azərbaycandan buğda almağı planlaşdırır. Ölkə məhsuldarlığı artıra biləcəkmi və bu, buğda ixrac etmək üçün kifayət edəcəkmi?
BAKI, 10 may — Sputnik. Gərgin geosiyasi vəziyyətlə bağlı olaraq dünya bazarına buğda tədarükünün kəskin azalması səbəbindən, taxıl idxalından asılı olan ölkələr növbəti illər üçün tədarükün diversifikasiyası haqqında düşünməyə başlayıblar.
Kifayət qədər istehsal potensialına malik olan, lakin hələ də dünya təchizatçıları səviyyəsinə çatmamış ölkələr indi mümkün ixracatçılar hesab edilir.
İsrail mətbuatının yazdığına görə, Təl-Əviv Azərbaycanı alternativ taxıl mənbəyi kimi nəzərdən keçirir və 2025-ci ildə Azərbaycan buğdasının idxalına başlamağı planlaşdırır.
Eyni zamanda, İsrail Azərbaycana buğda istehsalını artırmaqda kömək etmək niyyətindədir, özü də bunun İsrailin ən son kənd təsərrüfatı texnologiyasının vasitəsi ilə ediləcəyi planlaşdırılır. İsrailin kənd təsərrüfatı naziri Oded Forerin yaxın həftələrdə bir qrup mütəxəssislə birlikdə Bakıya səfəri gözlənilir.
Qarabağın kənd təsərrüfatı sənayesinin inkişafında İsrail təcrübəsi
Aqrar və kənd təsərrüfatı sektoru ilə məşğul olan İsrail şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə başlanandan dərhal sonra müvafiq layihələrdə iştiraka maraq göstərdilər. Belə ki, İsrailin keçmiş rabitə naziri Ayub Kara Qarabağa səfər edərək burada kibutslər (kənd təsərrüfatı kommunaları) tikməyi və bununla da kənd təsərrüfatının inkişafında İsrail təcrübəsini tətbiq etməyi təklif edib.
Ötən ilin noyabrında keçirilən İsrail-Azərbaycan kənd təsərrüfatı biznes forumunda isə nazir Forer bildirib ki, İsrail kənd təsərrüfatı sektorunda mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, müasir texnologiyaların transferi, kənd təsərrüfatı sahəsində tədqiqatlar sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
İsrailin bu gün aqrar innovasiya həllərində lider ölkə olduğunu nəzərə alsaq, Təl-Əvivin kənd təsərrüfatının inkişaf etdirilməsi təcrübəsinin Azərbaycan üçün öz bəhrəsini verəcəyi və işğaldan azad edilmiş torpaqlarda məhsuldarlığı artıracağı gözlənilir.
Qeyri-ərzaq buğdasının tədarükü mümkün ola bilər
Azərbaycanda hazırda 600 min hektar sahədə buğda əkilir, lakin bu, əsasən qeyri-ərzaq növüdür, - deyə iqtisadçı Eldəniz Əmirov bildirib:
"Azərbaycanın İsrailə hansı növ buğda ixrac etmək niyyətində olduğu hələ məlum deyil. Bu, yəqin ki, məhz qeyri-ərzaq növü ola bilər".
Bu günə kimi respublikada buğda əkini qeyri-ərzaq taxılına olan daxili tələbatı ödəməyə kifayət edir. Eyni zamanda, ərzaq buğdasının istehsalı ölkə tələbatını ödəmir.
"Bu səbəbdən Azərbaycan onu Rusiya və Qazaxıstandan idxal edir. 2022-ci ildə Azərbaycan buğda idxalında Qazaxıstanın payını artıraraq, Rusiyanın payını təxminən 30% azaldıb", - deyə Əmirov bildirib.
İdxalın diversifikasiyası və təkrar ixracı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov qeyd edir ki, xüsusən də ötən ildən başlayaraq taxılın qiymətinin 35% bahalaşdığını nəzərə alınsa, bölgənin buğda ilə təmin edilməsi hazırda əsas vəzifələrdən biridir.
"Hələ Rusiya Federasiyası ilə Ukrayna arasında geosiyasi gərginlik başlamamışdan əvvəl Azərbaycan buğda ehtiyatlarını artırmağa çalışırdı. Təkcə 2022-ci ilin yanvarında taxıl idxalı 4 dəfə artıb. Bu, ilk növbədə ölkənin strateji ərzaq ehtiyatlarının artırılması proqramı ilə bağlıdır," – deyə deputat bildirib.
Azərbaycan buğda alışının şaxələndirilməsi üçün tədbirlər görür. Hazırda Hindistanla danışıqlar aparılır və beləliklə, Bakı regionumuza yeni gələn təchizatçılarla əməkdaşlığa keçir.
Ümumiyyətlə, taxılın alış mənbələrini şaxələndirmək və daxili ehtiyatları artırmaqla Azərbaycan buğdanın təkrar ixracına, o cümlədən, İsrailə təkrar ixracına başlaya bilər.
Əmirov qeyd edir ki, gələcəkdə ölkəmiz ərzaq buğdasına olan daxili tələbatı ödəmək üçün idxaldan asılılığını azaltmağa çalışacaq.
"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni buğda sortu əkmək, həmçinin, bu məhsul üçün əkin sahələrini genişləndirmək niyyətindədir. Paralel olaraq məhsuldarlığın artırılması üçün yeni aqrotexniki və texnoloji istehsal üsullarının tətbiqi nəzərdə tutulur. Ona görə də ölkə İsraildən yardım almaq niyyətindədir," - deyə iqtisadçı bildirib.
"Rusiyanın təcrübəsini xatırlatmaq yerinə düşər – bu ölkə buğda istehsalı ilə yanaşı, eyni zamanda, digər MDB ölkələrindən daha ucuz olan taxılı idxal edir, sonra isə üçüncü ölkələrə tədarük edir. Bu model Azərbaycana da uyğun gələr", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib.
Məhsuldarlığın yaxşılaşdırılması tədbirləri
Azərbaycan Prezidenti İlham Əliyev hökumətin bu yaxınlarda keçirilən müşavirəsində ərzaq buğdasının məhsuldarlığının artırılması üçün görülməli olan tədbirləri qeyd edib.
"Ümumi taxıl istehsalı ölkənin tələbatının 60 faizini təşkil edir. Ərzaq buğdamıza gəldikdə isə, o, daxili tələbatımızın cəmi 25 faizini təmin edir. Ona görə də qarşımızda duran vəzifə özümüzü ərzaq buğdasının ən azı 70-75 faizi ilə təmin etməkdir. Bunun üçün həm potensialımız, həm də imkanlarımız var, özü də - həm işğaldan azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər ərazilərində", - deyə dövlət başçısı bildirib.
"Bundan ötrü həm bu il, həm də növbəti illərdə dövlət investisiya xərcləri artırılmalıdır", - deyə Prezident bildirib.
Eyni zamanda, bu sahənin inkişafı üçün sahibkarlara ünvanlı və güzəştli kreditlər verilməlidir. Suvarma, suvarma sistemləri və gübrə sahələrində meydana çıxan problemlər də həll olunmalıdır.
Azərbaycan rəhbəri təxirəsalınmaz tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərdə ikinci dəfə səpin aparıldığını və bu il 50 min hektara yaxın sahədə əkin aparılacağını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.