Azərbaycanlılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər
Azərbaycanlılar Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər
Sputnik Azərbaycan
Rəsmi şəxslər və sadə insanlar səhər saatlarından Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarı önünə gül və əklillər qoyurlar. 10.05.2022, Sputnik Azərbaycan
BAKI, 10 may — Sputnik. Ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür. Hər il mayın 10-da rəsmi şəxslər və sadə insanlar Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarı önünə gül və əklillər qoyur, xatirəsini ehtiramla yad edirlər.Səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib.Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.Heydər Əliyevin həyat yoluAzərbaycanın böyük dövlət xadimi 99 il əvvəl, 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.Çətin yola 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işləməklə başlayan Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra etməyə başlayıb.İki ildən sonra o, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və respublikanın rəhbəri olub. 1982-ci ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib və Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.1987-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun yeni siyasəti ilə razılaşmadığını bildirərək tutduğu vəzifədən istefa verib.O, 20 yanvar 1990-cı ildə baş vermiş faciədən sonra Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib.Bundan sonra ümummilli lider Azərbaycana qayıdıb və Ali Sovetin deputatı olub. 1991-ci ildə Qarabağ münaqişəsi ilə bağlı Sovet İttifaqının siyasətinə etiraz edərək Kommunist Partiyasını tərk edib.Daha sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, "Yeni Azərbaycan" partiyasının təsis qurultayı zamanı partiyanın sədri seçilib.1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Bakıya dəvət olunub, burada Azərbaycan Ali Sovetinin sədri seçilib.1993-cü il oktyabrın 3-də dahi Heydər Əliyev ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib və beş ildən sonra yenidən bu vəzifəyə təyin edilib.Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rəsmi şəxslər və sadə insanlar səhər saatlarından Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarı önünə gül və əklillər qoyurlar.
BAKI, 10 may — Sputnik. Ümummilli lider Heydər Əliyevin anadan olmasından 99 il ötür. Hər il mayın 10-da rəsmi şəxslər və sadə insanlar Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarı önünə gül və əklillər qoyur, xatirəsini ehtiramla yad edirlər.
Milli Məclisin deputatları, nazirlər, ziyalılar, hərbçilər, eləcə də respublikanın sadə vətəndaşları ümummilli liderin xatirəsini ehtiramla yad etmək üçün Fəxri xiyabana gəliblər.
Milli Məclisin deputatları, nazirlər, ziyalılar, hərbçilər, eləcə də respublikanın sadə vətəndaşları ümummilli liderin xatirəsini ehtiramla yad etmək üçün Fəxri xiyabana gəliblər.
Azərbaycan xalqı hər il Azərbaycanın dahi oğlunun xatirəsini ehtiramla yad edir.
Səhər saatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.
Heydər Əliyevin həyat yolu
Azərbaycanın böyük dövlət xadimi 99 il əvvəl, 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.
Çətin yola 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işləməklə başlayan Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsini icra etməyə başlayıb.
İki ildən sonra o, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və respublikanın rəhbəri olub. 1982-ci ildə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib və Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
1987-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun yeni siyasəti ilə razılaşmadığını bildirərək tutduğu vəzifədən istefa verib.
O, 20 yanvar 1990-cı ildə baş vermiş faciədən sonra Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb edib.
Bundan sonra ümummilli lider Azərbaycana qayıdıb və Ali Sovetin deputatı olub. 1991-ci ildə Qarabağ münaqişəsi ilə bağlı Sovet İttifaqının siyasətinə etiraz edərək Kommunist Partiyasını tərk edib.
Daha sonra Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, "Yeni Azərbaycan" partiyasının təsis qurultayı zamanı partiyanın sədri seçilib.
1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Bakıya dəvət olunub, burada Azərbaycan Ali Sovetinin sədri seçilib.
1993-cü il oktyabrın 3-də dahi Heydər Əliyev ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilib və beş ildən sonra yenidən bu vəzifəyə təyin edilib.
Azərbaycanın sabiq prezidenti, ümummilli lider Heydər Əliyev 12 dekabr 2003-cü ildə vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.