Azərbaycan və Argentina XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
23:13 10.05.2022 (Yenilənib: 00:15 11.05.2022)
© Photo : MFA AzerbaijanXarici işlər nazirinin müavini Elnur Məmmədov Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb
© Photo : MFA Azerbaijan
Abunə olmaq
Elnur Məmmədov və Pablo Tettamantinin rəhbərliyi altında keçən görüşdə həmçinin iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar sahələrdə qarşılıqlı münasibətlər müzakirə olunub.
BAKI, 10 may - Sputnik. Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Latın Amerikası dövlətlərinə səfəri çərçivəsində 9 may 2022-ci il tarixində Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşü keçirilib. Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
© Photo : MFA AzerbaijanXarici işlər nazirinin müavini Elnur Məmmədov Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb
© Photo : MFA Azerbaijan
Eyni gündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib.
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdiyi nümayəndə heyətləri ikitərəfli münasibətlərin mövcud vəziyyəti, o cümlədən siyasi, iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar.
Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri barədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb.
Həmçinin, Argentinaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Argentinanın beynəlxalq münasibətlər üzrə Şurasında çıxış edib, La Plata universitetində azərbaycanşunaslıq kafedrasında əməkdaşları, təhqiqatçılar və tələbələr ilə görüş keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.