https://sputnik.az/20220510/agsu-cayi-mecrasindan-cixdi-samaxida-kendlerle-elaqe-kesildi-441807236.html
Ağsu çayı məcrasından çıxdı, Şamaxıda kəndlərlə əlaqə kəsildi
Ağsu çayı məcrasından çıxdı, Şamaxıda kəndlərlə əlaqə kəsildi
Sputnik Azərbaycan
Yağmurlu hava şəraitinin davam etdiyi ərazidə sel suları elektirik dirəklərini aşırıb, qaz xətlərinə ciddi ziyan dəyib. 10.05.2022, Sputnik Azərbaycan
2022-05-10T18:23+0400
2022-05-10T18:23+0400
2022-05-10T18:23+0400
sel
hadisə
şamaxı
dağ
kənd
yol
sakin
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_0:157:3081:1890_1920x0_80_0_0_ab430cae466747d8eea2a1216588d647.jpg
BAKI, 10 may — Sputnik. Şamaxı rayonuna yağan güclü leysan yağışları və dolu bir sıra fəsadlar törədib. Dağlardan gələn sel nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcarsından çıxıb. Nəticədə rayonun dağ kəndləri ilə əlaqə kəsilib.Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qala dərəsi yaşayış məntəqələrində bir sıra fəsadlar ortaya çıxıb. Qəlbeyuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu bağlayıb.Nəticədə bir neçə sürücü yolda qalıb. Rayonla kəndlərin əlaqəsi tamam kəsilib. Yerli sakinlərin sözlərinə görə suyun çoxluğu səbəbindən bir çoxları ötən gün avtomobildə gecələməli olublar.Rayon mərkəzi ilə kəndlərin əlaqəsini bərpa etmək üçün əraziyə canlı qüvvə və texnikalar cəlb olunub.Sel suları kəndlərin ərazisindəki elektirik dirəklərini aşırıb, qaz borularını yerindən qoparıb. Bəzi kənd sakinlərinə məxsus təsərufatlara ciddi ziyan dəyib. Hazırdada Şamaxı rayonunda yağmurlu hava davam edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0b/424900841_174:0:2905:2048_1920x0_80_0_0_0f056b5542d7716b8441f51e9edda767.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sel, şamaxı, dağ, kənd, yol, sakin, avtomobil
sel, şamaxı, dağ, kənd, yol, sakin, avtomobil
Ağsu çayı məcrasından çıxdı, Şamaxıda kəndlərlə əlaqə kəsildi
Yağmurlu hava şəraitinin davam etdiyi ərazidə sel suları elektirik dirəklərini aşırıb, qaz xətlərinə ciddi ziyan dəyib.
BAKI, 10 may — Sputnik. Şamaxı rayonuna yağan güclü leysan yağışları və dolu bir sıra fəsadlar törədib. Dağlardan gələn sel nəticəsində Ağsu çayında suyun səviyyəsi artaraq öz məcarsından çıxıb. Nəticədə rayonun dağ kəndləri ilə əlaqə kəsilib.
Şamaxının Qəleybuğurd, Sis, Keçmədin, Qala dərəsi yaşayış məntəqələrində bir sıra fəsadlar ortaya çıxıb. Qəlbeyuğurd və Sis kəndlərinin ərazisindən keçən Ağsu çayında suyun səviyyəsi qalxaraq avtomobil yolunu bağlayıb.
Nəticədə bir neçə sürücü yolda qalıb. Rayonla kəndlərin əlaqəsi tamam kəsilib. Yerli sakinlərin sözlərinə görə suyun çoxluğu səbəbindən bir çoxları ötən gün avtomobildə gecələməli olublar.
Rayon mərkəzi ilə kəndlərin əlaqəsini bərpa etmək üçün əraziyə canlı qüvvə və texnikalar cəlb olunub.
Sel suları kəndlərin ərazisindəki elektirik dirəklərini aşırıb, qaz borularını yerindən qoparıb. Bəzi kənd sakinlərinə məxsus təsərufatlara ciddi ziyan dəyib. Hazırdada Şamaxı rayonunda yağmurlu hava davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.