Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Təyyarələr pərvazlanır - bu dəfə Soçidən Bakıya

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçid"Azimut" aviaşirkətinin təyyarəsi, arxiv şəkli
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Əvvəlcə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək, lakin iyun ayından onların tezliyinin artırılması planlaşdırılır.
BAKI, 9 may - Sputnik. Bazar ertəsi, mayın 9-dan etibarən Azimut Hava Yolları Soçidən Bakıya uçuşlara başlayacaq. Bu barədə aviaşirkətin saytında məlumat verilib. Uçuşların həftədə iki dəfə bazar ertəsi və cümə günləri həyata keçirilməsi planlaşdırılır.
Qrafikə əsasən, təyyarələr Soçidən saat 01:00-da havaya qalxmalı, Bakıya saat 03:50-də enməli, əks istiqamətdə isə - Bakıdan saat 04:20-də pərvazlanmalı, Soçiyə saat 05:20-də enməlidir. Hər bir hava limanı üçün yerli vaxt qeyd olunub.
Bundan əlavə, aviaşirkət iyun ayından etibarən Soçidən Azərbaycanın paytaxtına uçuşların tezliyini artırmaq niyyətindədir.
Xatırladaq ki, aprelin sonunda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla görüşdə "Azimut"un Həştərxandan həftədə dörd dəfə olmaqla müntəzəm uçuşlar həyata keçirməyə hazır olduğunu bildirib.
Tərəflər mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini və iki ölkənin nəqliyyat əlçatanlığının artırılması üçün birgə addımların atılmasını müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0