DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tayvan yaxınlığında güclü zəlzələ baş verib

CC BY 2.0 / mikael altemark / OSCILLOSCOPE Zəlzələ maqnitudası, arxiv şəkli
Zəlzələ maqnitudası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Yeraltı təkanlarlardan sonra adanın bir çox yaşayış məntəqələrində 5,4 bal gücündə afterşok qeydə alınıb.
BAKI, 9 may - Sputnik. Tayvan adası sahillərində 6,2 bal gücündə zəlzələ olub. Azərtac Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 14:23-də (Bakı vaxtı ilə 10:23) Hualien rayonundan 90 kilometr şərqdə baş verib.
Zəlzələnin ocağı yer səthindən 16 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar adanın bir çox yaşayış məntəqəsində hiss olunub. Bir dəqiqə sonra təxminən iki kilometr aralıda 5,4 bal gücündə afterşok qeydə alınıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0