Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlanır

© Photo : Baku city Education DepartmentBakı məktəblərindən birində, arxiv şəkli
Bakı məktəblərindən birində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
İlk mərhələdə müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri müvafiq vakant yer seçimi edə bilərlər. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
BAKI, 9 may - Sputnik. Mayın 10-dan etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Bu barədə Azərtac-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailələrinin üzvləri mayın 10-nu saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər.
İlkin vakansiya seçimi mayın 14-ü saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0