Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kinematoqrafçılarımız Avropa Film Akademiyasına üzv seçilib

© AP Photo / Petros GiannakourisKinolent
Kinolent - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
1989-cu ildə yaradılan Avropa Kino Akademiyasının əsas qəyəsi Avropa kino sənayesinin maraqlarını inkişaf etdirməkdir.
BAKI, 9 may - Sputnik. Azərbaycanın bir sıra tanınmış kino ustası Avropa Film Akademiyasının (European Film Academy) üzvü seçilib. Bu barədə "Azərbaycanfilm" məlumat yayıb.
Məlumatda bildirilir ki, 11 nəfər Azərbaycan kinematoqrafçımız - Rafiq Quliyev, Ayaz Salayev, Vaqif Mustafayev, Hüseyn Mehdiyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, İradə Bağırzadə və Asif Rüstəmov Avropa Film Akademiyasının üzvü seçiliblər.
Qeyd edək ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0