https://sputnik.az/20220509/erdogan-77-il-once-azerbaycanlilara-qarsi-toredilen-facienin-bir-de-yasanmayacagini-deyib-441779487.html
Ərdoğan 77 il öncə azərbaycanlılara qarşı törədilən faciənin bir də yaşanmayacağını deyib
Ərdoğan 77 il öncə azərbaycanlılara qarşı törədilən faciənin bir də yaşanmayacağını deyib
Sputnik Azərbaycan
Türkiyədə İsmət İnönünün hakimiyyəti dövründə baş vermiş bu olay tarixə "Boraltan körpüsü faciəsi" kimi düşüb. 09.05.2022, Sputnik Azərbaycan
2022-05-09T22:18+0400
2022-05-09T22:18+0400
2022-05-09T22:30+0400
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
dünya xəbərləri
faciə
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250448_0:0:3073:1728_1920x0_80_0_0_3d7bbc9fc3f040174202b79af0c0bd0e.jpg
BAKI, 9 may - Sputnik. “Biz Boraltan körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq”.APA-nın verdiyi xəbərə əsasən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Türkiyə lideri bildirib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu ölkədən Türkiyəyə qaçan insanların sayı 100 minə çatıb.Prezident Ərdoğan bildirib ki, indiyədək Türkiyəyə qanunsuz şəkildə daxil olub, yaşayan və işləyən 20 min suriyalı, digər ölkə vətəndaşları arasında isə 21 mindən çox insan ölkədən xaric edilib.Qeyd edək ki, 1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların geriyə qaytarılma ehtimalını belə ağıllarına gətirmirdilər.Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır.Sovet əsgərlərinə təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250448_0:0:2731:2048_1920x0_80_0_0_afc7a2e0809968d9c319127aaae5cd33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, faciə
türkiyə prezidenti rəcəb tayyib ərdoğan, faciə
Ərdoğan 77 il öncə azərbaycanlılara qarşı törədilən faciənin bir də yaşanmayacağını deyib
22:18 09.05.2022 (Yenilənib: 22:30 09.05.2022) Türkiyədə İsmət İnönünün hakimiyyəti dövründə baş vermiş bu olay tarixə "Boraltan körpüsü faciəsi" kimi düşüb.
BAKI, 9 may - Sputnik. “Biz Boraltan körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq”.
APA-nın verdiyi xəbərə əsasən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.
Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bu ölkədən Türkiyəyə qaçan insanların sayı 100 minə çatıb.
Prezident Ərdoğan bildirib ki, indiyədək Türkiyəyə qanunsuz şəkildə daxil olub, yaşayan və işləyən 20 min suriyalı, digər ölkə vətəndaşları arasında isə 21 mindən çox insan ölkədən xaric edilib.
Qeyd edək ki, 1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.
146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların geriyə qaytarılma ehtimalını belə ağıllarına gətirmirdilər.
Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır.
Sovet əsgərlərinə təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.