https://sputnik.az/20220508/goycay-sakini-hemyerlisini-gulleleyib-441754572.html
Göyçay sakini həmyerlisini güllələyib
Göyçay sakini həmyerlisini güllələyib
Sputnik Azərbaycan
Ehtiyatsızlıq Göyçay rayonunda ağır yaralanma ilə nəticələnib. 08.05.2022, Sputnik Azərbaycan
2022-05-08T22:08+0400
2022-05-08T22:08+0400
2022-05-08T22:08+0400
hadisə
qətl
göyçay
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0a/424897432_0:0:3072:1728_1920x0_80_0_0_65e114b452a59553813ae36910163385.jpg
BAKI, 8 may - Sputnik. Göyçay rayonunda silahlı insident baş verib.APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/masallida-yeddi-il-evvel-bas-veren-qetl---teferruat-441069098.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0a/424897432_341:0:3072:2048_1920x0_80_0_0_fcb6cd07cc18ccb29391bbbe2855cd88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, göyçay
Göyçay sakini həmyerlisini güllələyib
Ehtiyatsızlıq Göyçay rayonunda ağır yaralanma ilə nəticələnib.
BAKI, 8 may - Sputnik. Göyçay rayonunda silahlı insident baş verib.
APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.
Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.
O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.