Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünyada ilk dəfə 5G texnologiyasının köməyi ilə süd vəzisinin bədxassəli şişi kəsilib

© AFP 2024 / PIERO CRUCIATTIƏməliyyat
Əməliyyat - Sputnik Azərbaycan, 1920, 08.05.2022
Abunə olmaq
Rabitənin minimum ləngiməsini və videonun böyük buraxıcılıq qabiliyyətini təmin edən 5G texnologiyası sayəsində iki cərrah arasında qarşılıqlı əlaqə yaratmaq mümkün olub.
BAKI, 8 may - Sputnik. İspaniya Süd Vəzisinin Cərrahları Assosiasiyasının (Aecima) 10-cu Konqresi çərçivəsində şişlərin bu növünün kəsilib götürülməsi üzrə real vaxt rejimində 5G texnologiyasından istifadə etməklə ilk dəfə olaraq novator əməliyyatı aparılıb.
Beşinci nəsil mobil rabitə texnologiyası (5G) Lissabon (Portuqaliya) ilə Saraqosanı (İspaniya) ayıran 900 kilometr məsafəni qət etməyə imkan verib və beləliklə iki məşhur cərrah - portuqaliyalı doktor Pedro Quveyya və ispaniyalı Roxelio Andres-Luna arasında əlaqəni təmin edib. Konqres iştirakçıları Lissabonda aparılan əməliyyatı immersiv rejimdə (tamamilə və ya qismən virtual aləmdə) müşahidə edə biliblər.
Rabitənin minimum ləngiməsini və videonun böyük buraxıcılıq qabiliyyətini təmin edən 5G texnologiyası sayəsində iki cərrah arasında qarşılıqlı əlaqə yaratmaq mümkün olub.
Doktor Pedro Quveyya əməliyyat zamanı İspaniyadakı həmkarından məsləhətlər alırdı.
Bu konfrans həkimlərin işini optimallaşdıran qabaqcıl texnologiyalardan istifadə edilməklə cərrahiyyə əməliyyatları sahəsində mühüm mərhələ oldu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0