Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanlarının nəticəsi niyə aşağıdır?

© Sputnik / Murad Orujovİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.05.2022
Abunə olmaq
Ekspert Kamran Əsədov hesab edir ki, buraxılış imtahanlarına situasiya xarakterli sualların salınması problem yaradır.
BAKI, 8 may — Sputnik. Bir müddət öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlil olunub.
Açıq kodlaşan və qapalı suallara verilən cavablar, testlərin etibarlılıq və məlumatlılıq əmsallarının təhlil nəticələri müzakirə olunub. Ən zəif nəticə göstərilmiş məzmun xətləri müzakirə edilib. Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını veriblər.
Məzunlar niyə aşağı nəticə göstərir?
Qeyd edək ki, bu ilki buraxılış imtahanları hələ davam etsə də, artıq buraxılış imtahanlarının nəticələri müzakirə olunur. Xüsusilə 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında məzunların zəif nəticə göstərməsi səs-küyə səbəb olub.
Bu il 11-ci sinif üzrə keçirilmiş buraxılış imtahanlarında 92 673 nəfər iştirak edib. Onlardan təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib. Şagirdlərin bu cür aşağı nəticə qazanması narahatedici məqamdır. İmtahan nəticələrinin aşağı olmasını məzunların bilik göstəriciləri ilə əlaqələndirənlər də var, imtahan suallarının çətinliyi ilə izah edənlər də...
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya buraxılış imtahanlarının nəticəsinə təsirsiz ötüşməyib. Onun sözlərinə görə, şagirdlər iki ildir ki, pandemiya səbəbindən dərsə gedə bilmədilər. K. Əsədov qeyd edir ki onların dərs prosesində iştirak etməməsinin buraxılış imtahanlarında özünü göstərəcəyi gözlənilən idi. Pandemiya dövründə məsafədən təhsil tədrisin çətinliyinə təsirsiz ötüşməyə bilməzdi.
Situasiya xarakterli tetslər problem yaradır?
Həmsöhbətimiz deyir ki, DİM dövlətin müəyyən etdiyi standartları yoxlayır. İmtahan nəticələri yoxlanılarkən, pandemiya nəzərə alınmır. Halbuki bölgələrdə şagirdlərin çoxunda internetə əlçatanlığın olmaması onları dərs prosesindən kənarda qoyub. Bu isə xüsusilə dəqiq fənlərin, riyaziyyat fənninin tədirsində çətinlik yaradıb: "Bu il 11-ci siniflərdən nətcəsi açıqlanan 90 min məzundan cəmi iki nəfər yüksək bal toplayıb. Buraxılış imtahanlarına çətinlik yaradan situasiya tipli suallardır. Bu sualların cavablandırılması məzunlara çətinlik törədir. Şagirdlər isə qapalı testlərə alışıblar. Bu da çox ciddi amildir. Biz buraxılış və qəbul imtahanlarından situasiya tipli sualları yığışdırmalıyıq".
"Məktəblər öz funksiyasını yerinə yetirə bilmir"
Ekspert deyir ki, Riyaziyyatda nəticələr də göstərir ki, suallar bu fənn üzrə asanlaşdırılmalıdır.
K. Əsədov imtahan nəticələrinin aşağı olmasının məktəblərdə tədrisin keyfiyyətinin aşağı olduğundan da xəbər verdiyini söyləyir. Onun sözlərinə görə, imtahan nəticələri göstərir ki, məktəblər öz funksiyasını yerinə yetirə bilmir: "Tədrisin keyfiyyətinin aşağı olması imtahan nəticələrinə təsir edir".
Qeyd edək ki, bu ilki buraxılış imtahan nəticələri ötən ilkindən o qədər də fərqlənmir. Ötən ilki imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar bu illə eynidir.
Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən bildirib ki, 150-250 bal arası nəticə toplayan şagirdlərin sayı da keçən ilki şagirdlərin sayı ilə eynidir. Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur: " Gəlin 50-dən aşağı bal toplayan şagirdlərin sayına baxaq. Qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüf yazırlar. 50 baldan aşağı olan nəticələr isə orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər. Amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. İlbəil buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə elə görüntü yaratmağa çalışırlar ki, guya imtahanlar çətindir, uşaqlar bal toplaya bilmir”.
Sual kitabçaları abituriyentlərə verilsin!?
Həmçinin K. Əsədov test sual kitabçalarının abituriyentlərə verilməli olduğunu iddia edir: "Burada bir əsas məqam da var ki, sual kitabları uşaqlara verilməldiir. Uşaqlar apellyasiya şikayəti verərkən sual kitabı əllərində olmadıqlarından çətinlik çəkirlər".
M. Abbaszadə sual kitabçalarının verilməməsinin səbəbini də açıqlayıb. DİM sədri bildirib ki, bütün sınaq imtahanların kitabçaları verilir: "“Bu zaman valideynlər sınaq imtahanlarında uşağın hansı sahədə zəif olduğunu araşdıra bilər. Heç bir ölkədə imtahanın sual kitabçası şagirdlərə paylanılmır. Biz 2000-ci ildən sonra bu addımı atdıq, real imtahanlardan sonra uşaqlara sual kitabçaları paylandı və biz elmiliyi qurban verdik. Sualları ictimaiyyətə verəndə bilirdik ki, biz bu sualları itirmişik, bu suallar imtahanlarda istifadə olunmayacaq. Amma bu zaman apelyasiya müraciətlərinin sayı da azalmışdı. İndiki sualların yazılması, sualların statistik göstəricilərinin müəyyənləşdirilməsi çox mürəkkəb prosesdir və bu sualların qiyməti çox yüksəkdir. Biz hər bir sualı qorumağa çalışırıq və sualları ictimailəşdirmirik. Biz sual kitabçalarını paylamayacağıq və heç bir ölkədə bu yoxdur”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0