https://sputnik.az/20220507/usaq-nevroloji-xestexanasinin-dam-ortuyu-ucub-etrafdaki-avtomobillere-ziyan-deyib---vdeo-441734274.html
Uşaq Nevroloji Xəstəxanasının dam örtüyü uçub, ətrafdakı avtomobillərə ziyan dəyib - VİDEO
Uşaq Nevroloji Xəstəxanasının dam örtüyü uçub, ətrafdakı avtomobillərə ziyan dəyib - VİDEO
Sputnik Azərbaycan
Azərbaycanda ötən gündən başlayan güclü külək paytaxta və rayonlara ziyan vurmaqdadır. 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T16:20+0400
2022-05-07T16:20+0400
2022-05-07T16:20+0400
hadisə
bakı
külək
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438184351_0:120:1280:840_1920x0_80_0_0_4e085deb3753a88e8e6c1c5a5cca4ef2.jpg
BAKI, 7 may - Sputnik. Bakıda müşahidə edilən güclü külək Uşaq Nevroloji Xəstəxanasının dam örtüyünü uçurub.Bakının Yasamal rayonu, Tağı Şahbazi küçəsində yerləşən xəstəxananın dam örtüyünün uçması zamanı ətrafa xeyli ziyan dəyib. Belə ki, dam örtüyünün konstruksiya hissələri yaxınlıqdakı avtomobillərin və ağacların üzərinə düşüb. Ağacların budaqları qırılıb, avtomobillər isə zərər görüb. Ölkə KİV-lərinin yaydığı məlumata görə, güclü külək rayonlara da xeyli ziyan vurub. Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir. Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər görülür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220507/umayra-tagiyeva-guclu-kuleyin-ne-vaxtadek-davam-edeceyini-aciqladi-441729290.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438184351_0:0:1280:960_1920x0_80_0_0_ed87c6b00e4985e37b11bb135c84da76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, külək
Uşaq Nevroloji Xəstəxanasının dam örtüyü uçub, ətrafdakı avtomobillərə ziyan dəyib - VİDEO
Azərbaycanda ötən gündən başlayan güclü külək paytaxta və rayonlara ziyan vurmaqdadır.
BAKI, 7 may - Sputnik. Bakıda müşahidə edilən güclü külək Uşaq Nevroloji Xəstəxanasının dam örtüyünü uçurub.
Bakının Yasamal rayonu, Tağı Şahbazi küçəsində yerləşən xəstəxananın dam örtüyünün uçması zamanı ətrafa xeyli ziyan dəyib.
Belə ki, dam örtüyünün konstruksiya hissələri yaxınlıqdakı avtomobillərin və ağacların üzərinə düşüb. Ağacların budaqları qırılıb, avtomobillər isə zərər görüb.
Ölkə KİV-lərinin yaydığı məlumata görə, güclü külək rayonlara da xeyli ziyan vurub.
Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir. Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.
Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.
Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.