Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şuşada festival: Azərbaycanın mədəniyyət paytaxtı və yeməkləri hər kəsi heyran edib

© Photo : TRENDŞuşada Kulinariya Festivalı
Şuşada Kulinariya Festivalı - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Polad Bülbüloğlu deyib ki, Azərbaycanda gastronomik turizm üçün böyük imkanlar var. Məhz bu cür festivallar Azərbaycanın tanıdılması üçün böyük imkan yaradır.
BAKI, 7 may Sputnik. Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı davam edir. Bu gün festivalın 3-cü günüdür.
Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festivalıa Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinar qonaqlar iştirak edir və ölkələrinin mətbəxlərini nümayiş etdirir.
© Photo : TRENDŞuşada Kulinariya Festivalı
Şuşada Kulinariya Festivalı - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Şuşada Kulinariya Festivalı
Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə bloqerlər də təmsil olunur.
BP nümayəndəsi Geri Jons jurnalistlərə açıqlamasında Şuşada olmaqdan məmnun olduğunu vurğulayıb:
"Azərbaycanda, Şuşada olmaqdan çox məmnunam. Şuşa, həqiqətən, Azərbaycanın gözüdür. Festivalda hər şey yüksək səviyyədədir, gördüyünüz kimi hazırda mənə də dadlı təamlardan təklif olunub və mən də bunu məmnuniyyətlə qəbul edirəm".
Əməkdar artist Nicat Kazımov festivalda kulinariya ilə yanaşı digər milli-mənəvi dəyərlərin nümayiş olunmasına toxunub:
"Gördüyünüz kimi festival təkcə kulinariya ilə yekunlaşmır, eyni zamanda, ölkəmizin qabaqcıl teatrları da buradadır. Müxtəlif səhnəciklər nümayiş etdirirlər. Mən də həm aktyor, həm də ki rejissor kimi festivala bacardığım köməyi edirəm".
© Photo : TRENDŞuşada Kulinariya Festivalı
Şuşada Kulinariya Festivalı - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Şuşada Kulinariya Festivalı
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə deyib ki, Şuşada çox gözəl festival keçirilir. Şuşada bu il həm də Beynəlxalq “Xarıbülbül” festivalı təşkil olunacaq. Azərbaycanın mədəniyəət paytaxtı Şuşada belə festivalların keçirilməsi çox sevindiricidir.
Diplomat bildirib ki, Azərbaycanda gastronomik turizm üçün böyük imkanlar var. O qeyd edib ki, məhz bu cür festivallar Azərbaycanın tanıdılması üçün böyük imkan yaradır.
"Azərbaycanın mətbəxi çox zəngindir, çox gözəldir. Kulinarlarımız bir-birindən dadlı yeməklərlə ölkəmizi bu festivalda təmsil edirlər. Tədbir çox gözəl təşkil olunub. İstərdik ki, bu cür festivallar Şuşada hər il keçirilsin", - deyə Polad Bülbüloğlu bildirib.
Ağzının dadını bilən Azərbaycan yeməklərini yesin
"Azərbaycanı çox sevirəm. Bu mənim ölkənizə ilk səfərimdir. Səfərimin Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına təsadüf etməsi çox yaxşı haldır. Festival çox gözəl təşkil edilib. Burada ayrı-ayrı ölkələrin mətbəx nümunələri ilə yanaşı, Azərbaycanın ayrı-ayrı bölgələrinin də milli kulinariya ənənələri nümayiş olunur".
Bunu isə israilli ekspert Şaul Levi deyib.
“Dünyada bir çox kulinariya festivallarında iştirak etmişəm. Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalı həmin festivallar arasında xüsusilə fərqlənir. İlk növbədə onu qeyd etmək istəyirəm ki, xalqınız çox qonaqpərvərdir. Milli mətbəxinizin təamları isə bir-birindən ləziz və dadlıdır. Ağzının dadını bilən hər kəs bu təamlardan doyunca ləzzət alar. Azərbaycan mətbəxinin çox gözəl nümunələri var. Belə bir festivalın iştirakçısı olduğum üçün çox şadam”, - deyə israilli ekspert vurğulayıb.
Perulu kulinar Gilermo Qonzales isə ilk dəfədir Azərbaycana səfər edir.
"Ölkənizi yaxından görməyin çoxdan arzusundaydım. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı bu arzuma bir vəsilə oldu. Şuşa bu cür beynəlxalq festivallara ev sahibliyi etməklə mədəniyyət beşiyi olduğunu bir daha beynəlxalq ictimaiyyətə sübut edir", - Qonzales deyib.
© Photo : TRENDŞuşada Kulinariya Festivalı
Şuşada Kulinariya Festivalı - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Şuşada Kulinariya Festivalı
"Mətbəxinizin təamlarına heyran oldum. Milli xörəkləriniz çox dadlıdır. Festivalda iştirak edən digər ölkələr öz ağ şərabları ilə məşhur olsa da, Azərbaycanın ağ şərabının xüsusi dadı var. Mən hər kəsə Azərbaycanın milli xörəklərini və içkilərini tövsiyə edirəm", - deyə perulu kulinar əlavə edib.
O bildirib ki, qastronomik turizm milli mətbəxi zəngin olan ölkələrin inkişafı üçün çox önəmlidir və Azərbaycanın bu sahədə dünyaya tanıdacağı çox şey var.
Hamı Şuşanı görüb nə baş verdiyini yadda saxlamalıdır
Azərbaycan mənşəli məşhur kulinar, Şuşada Birinci Beynəlxalq Kulinariya festivalında iştirak edən Stalik Xankişiyev artıq ikinci dəfədir Şuşadadır. Birinci dəfə iki həftə bundan əvvəl, burada Dünya Azərbaycanlılarının Qurultayı keçirilən vaxt olub.
"İşğaldan azad edilmiş əraziləri görmək çox qürurvericidir", - deyən həmyerlimiz, hər bir azərbaycanın Şuşanı görməli olduğunu qeyd edib:
“Burada gördüklərim – dağıdılmış evlər, qarət edilmiş torpaqlar məni sarsıtdı. Hesab edirəm ki, hər bir azərbaycanlı Şuşaya gəlməli, düşmənlərin burada törətdikləri vəhşilikləri öz gözü ilə görməli və yadda saxlamalıdır”.
S.Xankişiyev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil edilmiş belə bir genişmiqyaslı festivalın məhz Şuşada keçirilməsi təsadüfi deyil. Tanınmış kulinar vurğulayıb:
“Biz görürük ki, bu şəhərin abadlaşdırılması, bərpası və yenidən qurulması üçün genişmiqyaslı işlər aparılır. Yaxın illərdə Şuşa cənnətə çevriləcək. İnsanlar buraya qayıdacaq, burada yaşayacaqlar”.
Stalik Xankişiyev sonda deyib: “İnsanlar bu mənzərəni öz gözü ilə görməlidirlər. Mən burada gördüklərimi öz uşaqlarıma və nəvələrimə danışacağam, onlar da öz övladlarına və nəvələrinə danışacaqlar. Doğma torpağı qorumaq lazımdır. Bu, bizim ən qiymətli sərvətimizdir”.
© Photo : TRENDŞuşada Kulinariya Festivalı
Şuşada Kulinariya Festivalı - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Şuşada Kulinariya Festivalı
Qeyd edək ki, festival zamanı təkcə dünya xalqlarının mətbəxləri deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri də təqdim edilir.
Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqisi ilə fərqlənir.
Mayın 5-dən başlayan festivala sabah yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0