Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaradağdakı sement zavodunda partlayış baş verib, ölən var

© Photo : norm.azSement zavodu
Sement zavodu - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.
BAKI, 7 may - Sputnik. Mayın 6-da Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0