https://sputnik.az/20220507/mudafie-nazirliyi-zod-medenindeki-ermeni-iscilerin-atese-tutulmasi-xeberini-tekzib-edib-441736450.html
Müdafiə Nazirliyi Zod mədənindəki erməni işçilərin atəşə tutulması xəbərini təkzib edib
Müdafiə Nazirliyi Zod mədənindəki erməni işçilərin atəşə tutulması xəbərini təkzib edib
Sputnik Azərbaycan
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır. 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T17:00+0400
2022-05-07T17:00+0400
2022-05-07T17:27+0400
hərbi
müdafiə nazirliyi
atəşkəs
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_0:107:2596:1567_1920x0_80_0_0_b440bbaecbbc3303d44ca90a1628bb49.jpg
BAKI, 7 may - Sputnik. Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Bu xəbəri qəti surətdə təkzib edirik", - MN-in məlumatında vurğulanıb.Qeyd edək ki, Ermənistan KİV-ləri bu gün Azərbaycan Silahlı Qüvvələrinin Zod mədənləri istiqamətini intensiv atəşə tutduğu barədə məlumat paylaşıb. İddiaya görə, atəş nəticəsində mədənin işçilərindən biri yaralanıb. Lakin onun hansı xəsarəti aldığı barədə məlumat yoxdur. İşçilərin mədən ərazisindən təxliyə edildiyi bildirilib. Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Silahlı Qüvvələrinin Zod mədənini atəşə tutması ilə bağlı məlumatı təsdiqləyib. Guya mayın 7-də saat 13:50-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin şərq istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərini, həmçinin Zod mədənini müxtəlif çaplı silahlardan atəşə tutublar. Nəticədə mədən işçilərindən biri xəsarət alsa da, onun həyatı üçün təhlükə yoxdur. Ermənistan MN hazırda sərhəddə vəziyyətin nisbətən sakit olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_388:0:2596:1656_1920x0_80_0_0_2b42436cf1e7cae55258801de5eaedaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, atəşkəs
müdafiə nazirliyi, atəşkəs
Müdafiə Nazirliyi Zod mədənindəki erməni işçilərin atəşə tutulması xəbərini təkzib edib
17:00 07.05.2022 (Yenilənib: 17:27 07.05.2022) Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır.
BAKI, 7 may - Sputnik. Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu xəbəri qəti surətdə təkzib edirik", - MN-in məlumatında vurğulanıb.
Qeyd edək ki, Ermənistan KİV-ləri bu gün Azərbaycan Silahlı Qüvvələrinin Zod mədənləri istiqamətini intensiv atəşə tutduğu barədə məlumat paylaşıb.
İddiaya görə, atəş nəticəsində mədənin işçilərindən biri yaralanıb. Lakin onun hansı xəsarəti aldığı barədə məlumat yoxdur. İşçilərin mədən ərazisindən təxliyə edildiyi bildirilib.
Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Silahlı Qüvvələrinin Zod mədənini atəşə tutması ilə bağlı məlumatı təsdiqləyib. Guya mayın 7-də saat 13:50-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin şərq istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərini, həmçinin Zod mədənini müxtəlif çaplı silahlardan atəşə tutublar.
Nəticədə mədən işçilərindən biri xəsarət alsa da, onun həyatı üçün təhlükə yoxdur. Ermənistan MN hazırda sərhəddə vəziyyətin nisbətən sakit olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.