SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hazırda xarici siyasət gündəliyimizdə sülh dialoqu aktuallıq təşkil edir - Nazir

© Photo : MFA AzerbaijanCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Ceyhun Bayramov deyib ki, Heydər Əliyevin xarici siyasət strategiyasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox ölkələri ilə qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi önəmli yer tutub.
BAKI, 7 may — Sputnik. Hazırkı postmünaqişə mərhələsində xarici siyasət gündəliyimizdə aktuallıq təşkil edən sülh dialoqunun əsasları da ulu öndər Heydər Əliyevin müdrikliyindən qaynaqlanır.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Naxçıvan səfəri zamanı deyib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının prioritetləri sırasında qonşu dövlətlər başda olmaqla, dünyanın bir çox ölkələri ilə qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərin qurulması və xarici siyasətimizin coğrafiyasının genişlənməsi önəmli yer tutub.
"Hazırda Azərbaycanın genişlənən hərtərəfli beynəlxalq əlaqələrinin əsasında ümummilli lider Heydər Əliyevin xarici siyasət konsepsiyasının durduğu şübhəsizdir", - nazir deyib.
O bildirib ki, hazırda Azərbaycanın dünyanın müxtəlif ölkələrində səfirlikləri, baş konsulluqları, o cümlədən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri aktiv fəaliyyət göstərir.
"Hazırda ölkəmizin dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqları akkreditə olunub. Bu rəqəmlər ölkəmizin hərtərəfli beynəlxalq əlaqələrinin göstəricisidir", - XİN başçısı əlavə edib.
Bayramov deyib ki, Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir.
"Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi", - Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürürla işğaldan azad edilən torpalarımızda dalğalanır:
"Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır".
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Naxçıvana səfər edib. O, Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra C.Bayramov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 07.05.2022
SİYASƏT
Ceyhun Bayramov Naxçıvana niyə gedib?
Xəbər lenti
0