CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biznesmen Azərbaycanın eks-prezidenti barədə işlətdiyi ifadələrə görə üzr istəyib

© Photo : Facebook / MubarizMensimov"Palmali Holding"in rəhbəri Mübariz Mənsimov
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov  - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Mübariz Mənsimov fikirlərinin səhv anlaşıldığını, bəzi şəxslərin isə bundan pis niyyətlə istifadə etdiyini vurğulayıb.
BAKI, 7 may — Sputnik. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Elçibəylə bağlı səsləndirdiyi fikrə görə üzr istəyib.
O, fikirlərinin səhv anlaşıldığını, bəzi şəxslərin isə bundan pis niyyətlə istifadə etdiyini vurğulayıb.
"Son müsahibəmdə Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy barədə fikirlərimin yanlış anlaşıldığı üçün təəssüf edirəm. Dil sürüşməsindən qaynaqlandığını hesab etdiyim yanlış anlaşılmanı aradan qaldırmaq məqsədilə bu mövzuda fikirlərimi bir daha ictimaiyyətlə bölüşməyi uyğun görürəm", - biznesmen deyib.
Mənsimov bildirib ki, Əbülfəz Elçibəyin şəxsiyyətinə və əziz xatirəsinə hər zaman böyük hörmət hissi duyub:
"Elçibəyin təvazökarlığı, səmimiliyi, vətənsəvərliyi, humanistliyi bütün Türk dünyasına yaxşı məlumdur. Elçibəy, dövlətinin və xalqının maraqları naminə tutduğu ali vəzifədən fədakarlıq etməyi bacaran Vətən sevdalısıydı".
Mənsimov qeyd edib ki, şəxsiyyətinə böyük rəğbət bəslədiyi mərhum Azərbaycan Prezidenti Heydər Əliyevlə Elçibəyin siyasi təcrübəsini müqayisə edərkən nitqində yaranan dil sürüşməsi Elçibəyi sevənlər tərəfindən xoş qarşılanmayıb. Bəd niyyətli insanlar isə bunu öz çirkin məqsədləri üçün istifadə edib:
"Mən Elçibəyə hörmət və ehtiramımı əvvəllər də dönə-dönə ifadə etmişəm. Elçibəyin Azərbaycan tarixində rolu və xidmətləri danılmazdır. Dil sürüşməsindən qaynaqlanan ifadəyə görə üzrxahlıq etməklə birlikdə, bunu bəd niyyətlə istifadə edənlərə "yazıqlar olsun" deyirəm".
Mübariz Mənsimov bildirib ki, Azərbaycan dövlətinə və onun qanunlarına daim sadiq olub, son nəfəsinə qədər də sadiq qalacaq:
"Dövlətçiliyə qarşı deyiləm, haqsızlığa qarşıyam. Azərbaycanın inkişafı naminə həmrəy və bir-birimizə qarşı ədalətli olmağımızın önəmli olduğuna inanıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Palmali Holdingin rəhbəri Mübariz Mənsimov - Sputnik Azərbaycan, 1920, 05.03.2021
CƏMİYYƏT
Mübariz Mənsimov barədə məhkəmə qərar verdi
Xəbər lenti
0