https://sputnik.az/20220507/azerbaycana-mexsus-gemi-qara-denizde-dasimalar-heyata-kecirecek-441738552.html
Azərbaycana məxsus gəmi Qara dənizdə daşımalar həyata keçirəcək
Azərbaycana məxsus gəmi Qara dənizdə daşımalar həyata keçirəcək
Sputnik Azərbaycan
Marşrut hazırda Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. 07.05.2022, Sputnik Azərbaycan
2022-05-07T20:23+0400
2022-05-07T20:23+0400
2022-05-07T20:32+0400
cəmiyyət
xəzər dəniz gəmiçiliyi
"azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti
xəzər
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436811248_0:88:1000:651_1920x0_80_0_0_5a599bd24d423a071728abe87d541ff8.jpg
BAKI, 7 may - Sputnik. Azərbaycana məxsus gəmi Qara dənizdə Avropaya fider daşımaları həyata keçirəcək.Fider daşımalar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şair Vaqif” gəmisi ilə Gürcüstanın Poti və Rumıniyanın Konstanta limanları arasında baş tutacaq.Bu barədə ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.Onun sözlərinə görə, bu gəmi ilə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub: "Bununla da, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və marşrut üzrə konteyner daşımalarının həcmini artıracaq".Qeyd edək ki, ASCO və “ADY Konteyner” MMC-nin birgə layihəsi əsasında Qara dənizdə müntəzəm fider daşımalara cəlb olunan “Şair Vaqif” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir. Gəminin uzunluğu 140,33 metr, eni 16,5 metrdir.Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436811248_111:0:1000:667_1920x0_80_0_0_c99bdd41f7ee918e2547661db98cb26b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dəniz gəmiçiliyi, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, xəzər, xəzər dənizi
xəzər dəniz gəmiçiliyi, "azərbaycan xəzər dəniz gəmiçiliyi" qapalı səhmdar cəmiyyəti, xəzər, xəzər dənizi
Azərbaycana məxsus gəmi Qara dənizdə daşımalar həyata keçirəcək
20:23 07.05.2022 (Yenilənib: 20:32 07.05.2022) Marşrut hazırda Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.
BAKI, 7 may - Sputnik. Azərbaycana məxsus gəmi Qara dənizdə Avropaya fider daşımaları həyata keçirəcək.
Fider daşımalar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şair Vaqif” gəmisi ilə Gürcüstanın Poti və Rumıniyanın Konstanta limanları arasında baş tutacaq.
Bu barədə ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, bu gəmi ilə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub:
"Bununla da, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cəlbediciliyini və marşrut üzrə konteyner daşımalarının həcmini artıracaq".
Qeyd edək ki, ASCO və “ADY Konteyner” MMC-nin birgə layihəsi əsasında Qara dənizdə müntəzəm fider daşımalara cəlb olunan “Şair Vaqif” quru yük gəmisi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir. Gəminin uzunluğu 140,33 metr, eni 16,5 metrdir.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.
Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.