https://sputnik.az/20220506/xususi-teyinatlilarin-telimi-kecirilir---mn-telimin-meqsedini-aciqladi-441717555.html
Xüsusi təyinatlıların təlimi keçirilir - MN təlimin məqsədini açıqladı
Xüsusi təyinatlıların təlimi keçirilir - MN təlimin məqsədini açıqladı
Sputnik Azərbaycan
Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T19:41+0400
2022-05-06T19:41+0400
2022-05-06T20:01+0400
təlim
hərbi
müdafiə nazirliyi
xüsusi təyinatlılar
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716703_0:101:1001:664_1920x0_80_0_0_4c24a5a9423bf146a841ec9bfdf16f66.jpg
BAKI, 6 may — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.MN-dən verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən "Komandonun əsasları kursları" ilə "Dözümlülük təlimləri" çərçivəsində Azərbaycanın beş briqadasında "Uzun məsafəli müqavimət yürüşü" icra edilib.Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716703_0:8:1001:758_1920x0_80_0_0_f1f094bb920887a791e36f38c68b5771.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təlim, müdafiə nazirliyi, xüsusi təyinatlılar
təlim, müdafiə nazirliyi, xüsusi təyinatlılar
Xüsusi təyinatlıların təlimi keçirilir - MN təlimin məqsədini açıqladı
19:41 06.05.2022 (Yenilənib: 20:01 06.05.2022) Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
BAKI, 6 may — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.
MN-dən verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.
Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən "Komandonun əsasları kursları" ilə "Dözümlülük təlimləri" çərçivəsində Azərbaycanın beş briqadasında "Uzun məsafəli müqavimət yürüşü" icra edilib.
Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.