QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Moskva Bakı və Yerevana dəstək vermək öhdəliyinə sadiqdir - Rusiya XİN

© Photo : Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya XİN İnformasiya və Mətbuat Departamentinin direktoru Aleksey Zaytsev
Rusiya XİN İnformasiya və Mətbuat Departamentinin direktoru Aleksey Zaytsev - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Rusiya XİN İnformasiya və Mətbuat Departamentinin direktoru bildirib ki, ölkəsi Rusiya üçtərəfli sazişləri münasibətlərinin normallaşması prosesinin davam etdirilməsinin əsası hesab edir.
BAKI, 6 may — Sputnik. Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına fəal dəstək vermək öhdəliyinə sadiqdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.
"Rusiya Ermənistanla Azərbaycan arasındakı münasibətlərin ilk öncə 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarını yerinə yetirməklə, habelə sülh sazişi imzalamaqla normallaşmasına fəal şəkildə dəstək verməyə hazırdır", - deyə o bildirib.
Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya üçtərəfli sazişləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin davam etdirilməsinin əsası hesab edir:
"Rusiya Bakı və Yerevanla iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası prosesinin başlanması da daxil olmaqla, bütün istiqamətlərdə fəal işləməyə davam edir. Rusiya tərəfi Azərbaycan və Ermənistanın bir-birinə doğru irəliləməyə hazır olduğunu qeyd edir, üçtərəfli təmaslar yüksək səviyyədə hazırlanır".
Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə bu məsələ müzakirə edilib və tərəflər xarici işlər nazirlərinin gələcək sülh müqaviləsinin hazırlanması üzərində çalışacaqları barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Азербайджанские пограничники приступают к несению службы по охране границы с Ираном на пограничной заставе Миндживан в Зангиланском районе - Sputnik Azərbaycan, 1920, 05.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanla Ermənistanın dövlət sərhədindəki məntəqələr dəqiqləşdirilib
Xəbər lenti
0