Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanla Ermənistanın dövlət sərhədindəki məntəqələr dəqiqləşdirilib

© Sputnik / Алексей Куденко / Mediabanka keçidАзербайджанские пограничники приступают к несению службы по охране границы с Ираном на пограничной заставе Миндживан в Зангиланском районе
Азербайджанские пограничники приступают к несению службы по охране границы с Ираном на пограничной заставе Миндживан в Зангиланском районе - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Baş nazirin qərarına əsasən, Ermənistanla dövlət sərhədində buraxılış məntəqələrinin adları, sayı və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.
BAKI, 5 may - Sputnik. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikasının digər dövlət sərhədindəki buraxılış məntəqələrində olduğu kimi, qeyd edilən dövlət sərhədində də buraxılış məntəqələrinin adları, sayı və yerləşdiyi ərazilərin siyahısı dəqiq müəyyən edilib.
Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi).
Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0