https://sputnik.az/20220506/mensum-brahimov-ozbekistanda-kecirilecek-mugam-musabiqesinde-munsif-olacaq-441714223.html
Mənsum İbrahimov Özbəkistanda keçiriləcək muğam müsabiqəsində münsif olacaq
Mənsum İbrahimov Özbəkistanda keçiriləcək muğam müsabiqəsində münsif olacaq
Sputnik Azərbaycan
Azərbaycan mədəniyyət və incəsənət xadimləri xadimləri Özbəkistanda keçirilən “Lazgi” Beynəlxalq Musiqi Festivalı barədə təəssüratlarını bölüşüblər. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T16:51+0400
2022-05-06T16:51+0400
2022-05-07T14:55+0400
xalça muzeyi
azərbaycan xəbərləri
mədəniyyət
mədəniyyət nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42261/73/422617366_0:0:3072:1728_1920x0_80_0_0_3bc51ac18ab16c95d04062a274b99f01.jpg
BAKI, 6 may — Sputnik. Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə Beynəlxalq Muğam Mərkəzinin “Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirakına həsr olunan mətbuat konfransı baş tutub. Tədbirdə Azərbaycanı solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr, Xalq artisti Mənsum İbrahimov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil edib.Solistlərin festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb. BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər.Otuz ölkənin nümayəndəsinin iştirak etdiyi və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb.Festivalın ikinci günü təşkilatçıların təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.BMM-in rəhbəri vurğulayıb ki, Özbəkistanın mədəniyyət naziri azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edib. "Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər.Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşüb: "Çıxışlarımız çox böyük rəğbətlə qarşılandı. Konsertlər zamanı Özbəkistanın milli geyimləri bizə təqdim edildi. Özümüzü heç yad hiss etmədik. Konsertin təşkilatçılarına təşəkkür edirəm. Bu hörmət həm bizim şəxsimizə qarşı, həm də ki, Azərbaycan musiqisinə qarşı idi. Həmçinin səfər çərçivəsində Özbəkistanda ilk dəfə keçiriləcək muğam müsabiqəsinə də münsif kimi dəvət aldım".Daha sonra digər solistlər də səfər təəsüratlarını bölüşüblər.Qeyd edək ki, festival aprelin 27-dən mayın 2-nə kimi davam edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20201228/Beynlxalq-Muam-Mrkzi-Xudayar-tsnifinin-yeni-versiyasn-tqdim-edib-425831827.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42261/73/422617366_302:0:3033:2048_1920x0_80_0_0_04d66828a113a6fe156efb16b8c21e9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalça muzeyi, mədəniyyət, mədəniyyət nazirliyi
xalça muzeyi, mədəniyyət, mədəniyyət nazirliyi
Mənsum İbrahimov Özbəkistanda keçiriləcək muğam müsabiqəsində münsif olacaq
16:51 06.05.2022 (Yenilənib: 14:55 07.05.2022) Azərbaycan mədəniyyət və incəsənət xadimləri xadimləri Özbəkistanda keçirilən “Lazgi” Beynəlxalq Musiqi Festivalı barədə təəssüratlarını bölüşüblər.
BAKI, 6 may — Sputnik. Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə Beynəlxalq Muğam Mərkəzinin “Lazgi” Beynəlxalq Musiqi Festivalında iştirakına həsr olunan mətbuat konfransı baş tutub.
Tədbirdə Azərbaycanı solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr, Xalq artisti Mənsum İbrahimov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil edib.
Solistlərin festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb. BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər.
Otuz ölkənin nümayəndəsinin iştirak etdiyi və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb.
Festivalın ikinci günü təşkilatçıların təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.
BMM-in rəhbəri vurğulayıb ki, Özbəkistanın mədəniyyət naziri azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edib. "Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər.
Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşüb: "Çıxışlarımız çox böyük rəğbətlə qarşılandı. Konsertlər zamanı Özbəkistanın milli geyimləri bizə təqdim edildi. Özümüzü heç yad hiss etmədik. Konsertin təşkilatçılarına təşəkkür edirəm. Bu hörmət həm bizim şəxsimizə qarşı, həm də ki, Azərbaycan musiqisinə qarşı idi. Həmçinin səfər çərçivəsində Özbəkistanda ilk dəfə keçiriləcək muğam müsabiqəsinə də münsif kimi dəvət aldım".
Daha sonra digər solistlər də səfər təəsüratlarını bölüşüblər.
Qeyd edək ki, festival aprelin 27-dən mayın 2-nə kimi davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.