https://sputnik.az/20220506/lenkeran-polisi-narkotacirleri-ele-kecirdi-441714845.html
Lənkəran polisi narkotacirləri ələ keçirdi
Lənkəran polisi narkotacirləri ələ keçirdi
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, narkotik vasitələrin satışını həyata keçirən daha 8 nəfər saxlanılıb. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T17:02+0400
2022-05-06T17:02+0400
2022-05-06T17:09+0400
azərbaycan xəbərləri
cinayət
din
din mətbuat xidməti
narkotik
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000831_0:136:3157:1912_1920x0_80_0_0_d1a137ae6488d152aa64f1721ff64618.jpg
BAKI, 6 may — Sputnik. Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən daha 8 nəfər saxlanılıb, 10 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220419/azerbaycanda-qeydiyyatda-olan-narkotik-istifadecilerinin-sayi-aciqlanib-441225694.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42400/08/424000831_213:0:2944:2048_1920x0_80_0_0_50bfe478ede3b67736f231f6bd5053ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cinayət, din, din mətbuat xidməti, narkotik
cinayət, din, din mətbuat xidməti, narkotik
Lənkəran polisi narkotacirləri ələ keçirdi
17:02 06.05.2022 (Yenilənib: 17:09 06.05.2022) Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, narkotik vasitələrin satışını həyata keçirən daha 8 nəfər saxlanılıb.
BAKI, 6 may — Sputnik. Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən daha 8 nəfər saxlanılıb, 10 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər rayon sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.