https://sputnik.az/20220506/bu-40-ildir-ki-bas-vermemisdi-fed-inflyasiyanin-qarsisini-almaq-ucun-ne-etdi-441718867.html
"Bu, 40 ildir ki, baş verməmişdi". FED inflyasiyanın qarşısını almaq üçün nə etdi?
"Bu, 40 ildir ki, baş verməmişdi". FED inflyasiyanın qarşısını almaq üçün nə etdi?
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, ABŞ-ın pul siyasətinin sərtləşdirilməsi qlobal maliyyə və iqtisadi böhranın başlanğıcı deməkdir. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T20:34+0400
2022-05-06T20:34+0400
2022-05-06T20:34+0400
fed
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439396425_0:0:3077:1731_1920x0_80_0_0_edb4186e77ffeb4bf3878e40abdba0df.jpg
BAKI, 6 may — Sputnik. ABŞ-da əsas faiz dərəcəsi 0,7-1,0 faizə qaldırılıb. Onları bu addımı atmağa 1980-ci illərdən bəri amerikalıların görmədiyi rekord qiymətlər məcbur etdi. Benzin və elektrik ciblərə xüsusilə zərbə vurur. Ölkənin pul-kredit orqanlarının inflyasiyanı cilovlaya bilib-bilməyəcəyi barədə aşağıdakı materialda.Artım olduABŞ-ın Federal Ehtiyat Sistemi (FED) ardıcıl ikinci dəfə uçot dərəcəsini artırıb. Və 2000-ci ilin mayından bəri ilk dəfə olaraq dərhal 50 baza bəndini.Adətən, Amerika tənzimləyicisi çox ehtiyatlıdır, buna görə bu şöbə tez-tez tənqid olunur.Lakin sürətlənmiş inflyasiya sürəti artırmağa məcbur etdi. ABŞ Əmək Departamentinin söylədiyinə görə mart ayında bu rəqəm - 8,5 faiz olub. Halbuki, fevralda o, 7,9 idi. Ən çox benzinin qiyməti qalxıb. Müvafiq olaraq nəqliyyat xərcləri də artıb.Amerikalıların çox sevdiyi fastfudların qiymətləri də qalxıb. Elektrik və kirayə də geri qalmır.Bütün bunlar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlıdır, - deyə prezident Co Bayden haqq qazandırır. "İnflyasiyanın 70 faizi Putinin benzinin qiymətini artırması ilə bağlıdır", - deyə o, əmin edir.Əslində isə The Wall Street Journal-nın qeyd etdiyi kimi, ABŞ-da mallar keçən ildən bahalaşır. Bu, "həddindən artıq federal xərclərin və yumşaq pul-kredit siyasətinin" nəticəsidir.FED bütün 2021-ci il ərzində rekord inflyasiyanın qısamüddətli olduğunu təsdiq edib. Amma faktiki olaraq, onlar təcili tədbirlər görmək lazım olan anda yuxuya gediblər. Qurumun rəhbəri Cerom Pauellin etiraf etdiyi kimi, "Biz daha tez hərəkət etməli idik".Maliyyə qurumlarının ləng işləməsi işsizliyin artmasına səbəb oldu: bu rəqəm apreldə - altı faizdən də yuxarı qalxdı. Eyni zamanda, Ticarət Nazirliyinin ilkin məlumatlarına görə, birinci rübdə ÜDM illik ifadədə, demək olar ki, bir yarım faiz azalıb.BitRiver-in maliyyə analitiki Vladislav Antonov bunu belə izah edir: "Bu, idxalın artması və ehtiyatların ləng doldurulmasının nəticəsidir - ticarət balansının kəsiri artıb. Çində pandemiya ilə bağlı məhdudiyyətlər də mənfi təsir göstərib".Belə bir şəraitdə əsas dərəcəni kəskin şəkildə qaldırılmaq lazım gəldi.Lakin bu gözlənilən idi və bazar müsbət reaksiya verdi. Çərşənbə günü baş tutan ticarət nəticəsində ABŞ fond indeksləri müsbət nəticə göstərdi. Məsələn, S&P, təxminən, üç faiz qazandı. Qeyd edilir ki, artım əvvəlcədən qiymətə daxil edilib.Dollar, əksinə, həm avro, həm də Yapon iyeninə qarşı 0,65 faizdən çox zəifləyib."Tənzimləyici mart ayında başlayan pul-kredit siyasətini sərtləşdirməyə davam edir. Cerom Pauell bildirib ki, növbəti görüşlərdə onlar bir addımda 50 baza bəndinin daha bir artımını nəzərdən keçirəcəklər. Çox güman ki, iki və ya üç faizə qədər. Sonra onlar bunun inflyasiyaya, istehlaka təsirini qiymətləndirmək üçün fasilə verəcəklər. - "Maliyyə Menecmenti Ali Məktəbi"nin Analitik Tədqiqat şöbəsinin rəhbəri Mixail Koqan belə deyir.Bəzi analitiklər 75 ballıq artımı istisna etmirlər. FED-in rəhbərliyində bunun qızğın tərəfdarı var: Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Ceyms Bullard. O, ilin sonuna qədər faizi 3-3,25 faizə qaldırmağa çağırır."Praktiki investisiya məktəbi"nin təsisçisi Fyodor Sidorov xəbərdarlıq edir ki, bu, işə yaramaya bilər. ABŞ iqtisadiyyatında böhran yaranır. Enerji daşıyıcıları, aqrar-sənaye kompleksinin məhsulları bahalaşır. Pandemiya zamanı pozulan logistika və istehsal zəncirləri hələ də bərpa olunmayıb. "İnflyasiyanın qarşısını almaq üçün bizə altı-yeddi faiz dərəcəsi lazımdır. Amma amerikalılar bunu edə bilmirlər. Dövlətin borcu çox yüksək - artıq 30,4 trilyon dollardır. Hökumət üçün xarici kreditorlara faiz ödəmək getdikcə çətinləşir, " deyə ekspert vurğulayır.Ona görə də analitiklər qiymət artımının davam edəcəyini deyirlər. ABŞ iqtisadiyyatı staqflyasiyaya keçəcək – bu isə ÜDM-in eyni vaxtda azalması ilə artan inflyasiya və işsizlik deməkdir.Əlavə pullardan qurtulmaqİyunun 1-dən etibarən FED, həmçinin, ipoteka və Xəzinə istiqrazlarını müvafiq olaraq 17,5 və 30 milyard dollardan satmağa başlayacaq. Payızda onu 35 və 60 milyarda çatdırmaq planlaşdırılır.Bir ildən sonra tənzimləyicinin balansı, təxminən, bir trilyon dollar azalacaq. Hazırda, orada, demək olar ki, doqquz trilyon var.Maliyyə qurumları bazardan "artıq olan" likvidliyi aradan qaldırmaq və bununla da qiymət artımını ləngitmək istəyirlər.Pandemiya zamanı sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün 2020-ci ilin mart ayından başlayaraq iqtisadiyyata trilyonlarla vəsait ayrılıb. Həm də bu, sıfıra yaxın dərəcə ilə edilib."İndi FED rekord inflyasiyaya səbəb olan birjada "köpüyü" partlatmağa çalışır. Fondlar və digər mərkəzi banklar tərəfindən istiqrazların kütləvi sıfırlamasına səbəb olmamaq üçün qiymətli kağızları ehtiyatla satmaq lazımdır", - deyə Vladislav Antonov yaranmış vəziyyətə aydınlıq gətirir.Analitiklərin fikrincə, ABŞ-ın pul siyasətinin sərtləşdirilməsi qlobal maliyyə və iqtisadi böhranın başlanğıcı deməkdir.İnvestorlar iqtisadi canlanmaya inanmırlar. Ən az riskli aktivlərə - qızıl və nağd pula investisiya qoymağa üstünlük verərək, səhmlərdən, istiqrazlardan və s.-dən canlarını qurtarırlar. Bu, öz növbəsində, bütün dünya fond bazarlarını vurur, - deyə Fyodor Sidorov izah edir.ABŞ tənzimləyicisi kəmiyyət sərtləşdirməsini ilk və yeganə dəfə 2017-2019-cu illərdə tətbiq edib. Lakin o zaman FED-in balansındakı aktivləri daha yavaş satılmışdı: onlar ayda on milyarddan başlamış və il ərzində 50-yə qədər artırmışdılar.Yeri gəlmişkən, 2018-ci ilin payızında S&P 500 20 faiz ucuzlaşdı. Bazarda panika dayandırıldı - Pauell ABŞ indekslərinin kapitallaşması lehinə pul-kredit siyasətini normallaşdırmaqdan imtina etdi. Bu dəfə isə rekord inflyasiya səbəbindən bu hiyləgər fənd işə yaramayacaq.Yaxın aylarda o, daha da sürətlənəcək – həm də bütün ölkələrdə zəncir boyu, - ekspertlər beləhesab edirlər. Litvada artıq 15,5 faizdən çoxdur, Almaniyada - 7,3, maksimum 40 il ərzində.Əhalinin real gəlirləri isə aşağı düşəcək. Nəticə: tam və uzun sürən tənəzzül.Qlobal iqtisadiyyatın korona böhranından çıxmağa hələ vaxtı olmayıb. İndi isə Ukraynada keçirilən xüsusi əməliyyata görə sərt antirusiya sanksiyaları alova yağ əlavə edib. Neft və qaz qiymətləri rekord səviyyədədir. İstehsal, nəqliyyat və nəhayət, mağaza rəflərindəki mallar bahalaşır. Və əsas məzənnənin artırılması, çətin ki, bu xoşagəlməz dairədən çıxmağa kömək etsin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439396425_144:0:2875:2048_1920x0_80_0_0_c1eb6048ee787bf5b25243708b03f421.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fed
"Bu, 40 ildir ki, baş verməmişdi". FED inflyasiyanın qarşısını almaq üçün nə etdi?
Analitiklərin fikrincə, ABŞ-ın pul siyasətinin sərtləşdirilməsi qlobal maliyyə və iqtisadi böhranın başlanğıcı deməkdir.
BAKI, 6 may — Sputnik. ABŞ-da əsas faiz dərəcəsi 0,7-1,0 faizə qaldırılıb. Onları bu addımı atmağa 1980-ci illərdən bəri amerikalıların görmədiyi rekord qiymətlər məcbur etdi. Benzin və elektrik ciblərə xüsusilə zərbə vurur. Ölkənin pul-kredit orqanlarının inflyasiyanı cilovlaya bilib-bilməyəcəyi barədə aşağıdakı materialda.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) ardıcıl ikinci dəfə uçot dərəcəsini artırıb. Və 2000-ci ilin mayından bəri ilk dəfə olaraq dərhal 50 baza bəndini.
Adətən, Amerika tənzimləyicisi çox ehtiyatlıdır, buna görə bu şöbə tez-tez tənqid olunur.
Lakin sürətlənmiş inflyasiya sürəti artırmağa məcbur etdi. ABŞ Əmək Departamentinin söylədiyinə görə mart ayında bu rəqəm - 8,5 faiz olub. Halbuki, fevralda o, 7,9 idi. Ən çox benzinin qiyməti qalxıb. Müvafiq olaraq nəqliyyat xərcləri də artıb.
Amerikalıların çox sevdiyi fastfudların qiymətləri də qalxıb. Elektrik və kirayə də geri qalmır.
Bütün bunlar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlıdır, - deyə prezident Co Bayden haqq qazandırır. "İnflyasiyanın 70 faizi Putinin benzinin qiymətini artırması ilə bağlıdır", - deyə o, əmin edir.
Əslində isə The Wall Street Journal-nın qeyd etdiyi kimi, ABŞ-da mallar keçən ildən bahalaşır. Bu, "həddindən artıq federal xərclərin və yumşaq pul-kredit siyasətinin" nəticəsidir.
FED bütün 2021-ci il ərzində rekord inflyasiyanın qısamüddətli olduğunu təsdiq edib. Amma faktiki olaraq, onlar təcili tədbirlər görmək lazım olan anda yuxuya gediblər. Qurumun rəhbəri Cerom Pauellin etiraf etdiyi kimi, "Biz daha tez hərəkət etməli idik".
Maliyyə qurumlarının ləng işləməsi işsizliyin artmasına səbəb oldu: bu rəqəm apreldə - altı faizdən də yuxarı qalxdı. Eyni zamanda, Ticarət Nazirliyinin ilkin məlumatlarına görə, birinci rübdə ÜDM illik ifadədə, demək olar ki, bir yarım faiz azalıb.
BitRiver-in maliyyə analitiki Vladislav Antonov bunu belə izah edir: "Bu, idxalın artması və ehtiyatların ləng doldurulmasının nəticəsidir - ticarət balansının kəsiri artıb. Çində pandemiya ilə bağlı məhdudiyyətlər də mənfi təsir göstərib".
Belə bir şəraitdə əsas dərəcəni kəskin şəkildə qaldırılmaq lazım gəldi.
Lakin bu gözlənilən idi və bazar müsbət reaksiya verdi. Çərşənbə günü baş tutan ticarət nəticəsində ABŞ fond indeksləri müsbət nəticə göstərdi. Məsələn, S&P, təxminən, üç faiz qazandı. Qeyd edilir ki, artım əvvəlcədən qiymətə daxil edilib.
Dollar, əksinə, həm avro, həm də Yapon iyeninə qarşı 0,65 faizdən çox zəifləyib.
"Tənzimləyici mart ayında başlayan pul-kredit siyasətini sərtləşdirməyə davam edir. Cerom Pauell bildirib ki, növbəti görüşlərdə onlar bir addımda 50 baza bəndinin daha bir artımını nəzərdən keçirəcəklər. Çox güman ki, iki və ya üç faizə qədər. Sonra onlar bunun inflyasiyaya, istehlaka təsirini qiymətləndirmək üçün fasilə verəcəklər. - "Maliyyə Menecmenti Ali Məktəbi"nin Analitik Tədqiqat şöbəsinin rəhbəri Mixail Koqan belə deyir.
Bəzi analitiklər 75 ballıq artımı istisna etmirlər. FED-in rəhbərliyində bunun qızğın tərəfdarı var: Sent-Luis Federal Ehtiyat Bankının rəhbəri Ceyms Bullard. O, ilin sonuna qədər faizi 3-3,25 faizə qaldırmağa çağırır.
"Praktiki investisiya məktəbi"nin təsisçisi Fyodor Sidorov xəbərdarlıq edir ki, bu, işə yaramaya bilər. ABŞ iqtisadiyyatında böhran yaranır. Enerji daşıyıcıları, aqrar-sənaye kompleksinin məhsulları bahalaşır. Pandemiya zamanı pozulan logistika və istehsal zəncirləri hələ də bərpa olunmayıb. "İnflyasiyanın qarşısını almaq üçün bizə altı-yeddi faiz dərəcəsi lazımdır. Amma amerikalılar bunu edə bilmirlər. Dövlətin borcu çox yüksək - artıq 30,4 trilyon dollardır. Hökumət üçün xarici kreditorlara faiz ödəmək getdikcə çətinləşir, " deyə ekspert vurğulayır.
Ona görə də analitiklər qiymət artımının davam edəcəyini deyirlər. ABŞ iqtisadiyyatı staqflyasiyaya keçəcək – bu isə ÜDM-in eyni vaxtda azalması ilə artan inflyasiya və işsizlik deməkdir.
Əlavə pullardan qurtulmaq
İyunun 1-dən etibarən FED, həmçinin, ipoteka və Xəzinə istiqrazlarını müvafiq olaraq 17,5 və 30 milyard dollardan satmağa başlayacaq. Payızda onu 35 və 60 milyarda çatdırmaq planlaşdırılır.
Bir ildən sonra tənzimləyicinin balansı, təxminən, bir trilyon dollar azalacaq. Hazırda, orada, demək olar ki, doqquz trilyon var.
Maliyyə qurumları bazardan "artıq olan" likvidliyi aradan qaldırmaq və bununla da qiymət artımını ləngitmək istəyirlər.
Pandemiya zamanı sahibkarlıq fəaliyyətini stimullaşdırmaq üçün 2020-ci ilin mart ayından başlayaraq iqtisadiyyata trilyonlarla vəsait ayrılıb. Həm də bu, sıfıra yaxın dərəcə ilə edilib.
"İndi FED rekord inflyasiyaya səbəb olan birjada "köpüyü" partlatmağa çalışır. Fondlar və digər mərkəzi banklar tərəfindən istiqrazların kütləvi sıfırlamasına səbəb olmamaq üçün qiymətli kağızları ehtiyatla satmaq lazımdır", - deyə Vladislav Antonov yaranmış vəziyyətə aydınlıq gətirir.
Analitiklərin fikrincə, ABŞ-ın pul siyasətinin sərtləşdirilməsi qlobal maliyyə və iqtisadi böhranın başlanğıcı deməkdir.
İnvestorlar iqtisadi canlanmaya inanmırlar. Ən az riskli aktivlərə - qızıl və nağd pula investisiya qoymağa üstünlük verərək, səhmlərdən, istiqrazlardan və s.-dən canlarını qurtarırlar. Bu, öz növbəsində, bütün dünya fond bazarlarını vurur, - deyə Fyodor Sidorov izah edir.
ABŞ tənzimləyicisi kəmiyyət sərtləşdirməsini ilk və yeganə dəfə 2017-2019-cu illərdə tətbiq edib. Lakin o zaman FED-in balansındakı aktivləri daha yavaş satılmışdı: onlar ayda on milyarddan başlamış və il ərzində 50-yə qədər artırmışdılar.
Yeri gəlmişkən, 2018-ci ilin payızında S&P 500 20 faiz ucuzlaşdı. Bazarda panika dayandırıldı - Pauell ABŞ indekslərinin kapitallaşması lehinə pul-kredit siyasətini normallaşdırmaqdan imtina etdi. Bu dəfə isə rekord inflyasiya səbəbindən bu hiyləgər fənd işə yaramayacaq.
Yaxın aylarda o, daha da sürətlənəcək – həm də bütün ölkələrdə zəncir boyu, - ekspertlər beləhesab edirlər. Litvada artıq 15,5 faizdən çoxdur, Almaniyada - 7,3, maksimum 40 il ərzində.
Əhalinin real gəlirləri isə aşağı düşəcək. Nəticə: tam və uzun sürən tənəzzül.
Qlobal iqtisadiyyatın korona böhranından çıxmağa hələ vaxtı olmayıb. İndi isə Ukraynada keçirilən xüsusi əməliyyata görə sərt antirusiya sanksiyaları alova yağ əlavə edib. Neft və qaz qiymətləri rekord səviyyədədir. İstehsal, nəqliyyat və nəhayət, mağaza rəflərindəki mallar bahalaşır. Və əsas məzənnənin artırılması, çətin ki, bu xoşagəlməz dairədən çıxmağa kömək etsin.