https://sputnik.az/20220506/bas-dovlet-yol-polisi-daresi-suruculere-xeberdarliq-edib-441715874.html
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Sputnik Azərbaycan
İdarənin yaydığı məlumatda qeyd olunub ki, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan... 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T17:21+0400
2022-05-06T17:21+0400
2022-05-06T17:21+0400
yol polisi
azərbaycan xəbərləri
din
din bdypi
https://cdnn1.img.sputnik.az/img/42291/89/422918970_0:0:2001:1125_1920x0_80_0_0_a151c809f633dd45199d2a56f93cb262.jpg
BAKI, 6 may — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:"Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.Əvvəla qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır.Lakin, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.Hazırda qüvvədə olan qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42291/89/422918970_69:0:1842:1330_1920x0_80_0_0_8044d560d0ee4f91a2ae80a85adfd8b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yol polisi, din, din bdypi
yol polisi, din, din bdypi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
İdarənin yaydığı məlumatda qeyd olunub ki, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.
BAKI, 6 may — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobillərin jalüzləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:
"Avtomobillərin arxa yan şüşələrində örtüklərdən istifadə ilə bağlı son günlər əhali arasında aparılan müzakirələrin aktuallığını, xüsusilə internet mediada çaşdırıcı məlumatların yayılmasını nəzərə alaraq, bəzi tövsiyələri ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.
Əvvəla qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan standartın tələbinə əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75%-dən, küləyə qarşı olmayan digər yan şüşələr üçün isə 70%-dən aşağı olmamalıdır.
Lakin, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək nəqliyyat vasitələrinin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.
Hazırda qüvvədə olan qanunvericiliyə görə minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir, küləyə qarşı qabaq və küləyə qarşı olmayan digər şüşələrə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi isə qadağandır.
Odur ki, qeydiyyat hərəkətlərinin aparılması, eləcə də texniki baxış zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinin və avadanlıqlarının yuxarıda qeyd edilən normalara və təhlükəsizlik qaydalarına uyğunluğu təmin olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.