https://sputnik.az/20220506/azerbaycanda-qeyri-enerji-ixracinda-45-faiz-artim-olub---dovlet-bascisi-441707551.html
Azərbaycanda qeyri-enerji ixracında 45 faiz artım olub - Dövlət başçısı
Azərbaycanda qeyri-enerji ixracında 45 faiz artım olub - Dövlət başçısı
Sputnik Azərbaycan
Prezident İlham Əliyev FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnun olduğunu ifadə edib. 06.05.2022, Sputnik Azərbaycan
2022-05-06T15:12+0400
2022-05-06T15:12+0400
2022-05-06T15:12+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
bmt
ərzaq
kənd təsərrüfatı
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441697910_0:237:3220:2048_1920x0_80_0_0_942d29d1130dee28b7b446c1bfc0e15c.jpg
BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.Prezident İlham Əliyev FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnun olduğunu ifadə edib:"Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir.Prezident İlham Əliyev onu da bildirib ki, görüş zamanı qaldırmaq istədiyi məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Azərbaycanın planlarıdır:"Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək"."Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik" - deyə Prezident İlham Əliyev qeyd edib.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu isə deyib ki, Azərbaycanda səfərdə olmağa çox şaddır:"Təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqro-elektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim".Bakıda keçirilən "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid" mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu ölkəmizə səfər edərək bu tədbirdə şəxsən iştirak etməsindən məmnunluğunu bildirib və .FAO-nun baş direktoru deyib: "Beləliklə, hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441697910_489:0:3220:2048_1920x0_80_0_0_8390002d0252caf58ebe554ea29bc700.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, bmt, ərzaq, kənd təsərrüfatı, işğaldan azad edilmiş ərazilər
prezident ilham əliyev, bmt, ərzaq, kənd təsərrüfatı, işğaldan azad edilmiş ərazilər
Azərbaycanda qeyri-enerji ixracında 45 faiz artım olub - Dövlət başçısı
Prezident İlham Əliyev FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnun olduğunu ifadə edib.
BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edib.
Prezident İlham Əliyev FAO ilə Azərbaycan arasında tərəfdaşlığın səviyyəsindən çox məmnun olduğunu ifadə edib:
"Yeddi il əvvəl imzalanmış razılaşma faktiki olaraq əməkdaşlığımızın yeni formatını yaratdı. Ümidvarıq ki, qarşıdakı illərdə biz bu səmərəli tərəfdaşlığı davam etdirəcəyik, xüsusilə indi - hər bir ölkə, o cümlədən Azərbaycan üçün ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin getdikcə daha çox əhəmiyyət kəsb etdiyi bu çətin zamanda. Çünki kənd təsərrüfatı məhsullarının ixracında artım olduğuna baxmayaraq, biz hələ də kənd təsərrüfatı məhsullarını idxal edirik. Ona görə də, düşünürəm ki, bu, bizim ərzaq təhlükəsizliyi ilə bağlı gələcək planlarımızı, ümumi regional inkişafı müzakirə etmək və yeni çağırışları həll etmək baxımından vacibdir.
Prezident İlham Əliyev onu da bildirib ki, görüş zamanı qaldırmaq istədiyi məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Azərbaycanın planlarıdır:
"Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək".
"Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik" - deyə Prezident İlham Əliyev qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Qu Donqyu isə deyib ki, Azərbaycanda səfərdə olmağa çox şaddır:
"Təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqro-elektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim".
Bakıda keçirilən "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid" mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu ölkəmizə səfər edərək bu tədbirdə şəxsən iştirak etməsindən məmnunluğunu bildirib və .
FAO-nun baş direktoru deyib: "Beləliklə, hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.