Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

ASCO Xəzərdəki gəmilərə xəbərdarlıq göndərib

© AP Photo / Emilio MorenattiDənizdə dalğalar, arxiv şəkli
Dənizdə dalğalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.05.2022
Abunə olmaq
Göndərilən xəbərdarlıqda qeyd olunub ki, hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.
BAKI, 6 may — Sputnik. May ayının 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m/s,arabir 25-30 açıq dənizdə arabir 33 m/s-ə qədər güclənəcəyi gözlənilir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) APA-Economics-ə verilən məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
Bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.
"Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər", - məlumatda qeyd olunur.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 6-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, xüsusilə mayın 6-da və 7-də bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Parkda ağaclar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sabah hava dəyişəcək
Xəbər lenti
0