DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriya və İraqın saxlanma yerlərində azərbaycanlı qadın və uşaqlar da var

© AP Photo / Mosa'ab ElshamyUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Saxlanılanlar arasında qadın və uşaqlar da var.
BAKI, 5 may — Sputnik. Suriya və İraqda saxlanma yerlərində və düşərgələrdə Azərbaycan vətəndaşları var.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.
Bildirilib ki, BQXK-nın nümayəndələri həmin şəxslərə baş çəkirlər: "Onların saxlama şəraitləri ilə tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır. Saxlanılanlar əsasən kişilərdir".
Lakin onların arasında qadın və uşaqlar da var.
Qeyd edək ki, ötən il komitə Suriya və İraqda qalan azərbaycanlı uşaqlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Beynəlxalq Qızıl Xaç Komitəsinin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2021
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Qızıl Xaç Komitəsi bu agentliyə qoruyucu ləvazimatlar ianə edib
Xəbər lenti
0