https://sputnik.az/20220505/rusiya-ukrayna-gerginliyi-turkiyenin-nato-da-ehemiyyetini-artirib-441668679.html
Rusiya-Ukrayna gərginliyi Türkiyənin NATO-da əhəmiyyətini artırıb
Rusiya-Ukrayna gərginliyi Türkiyənin NATO-da əhəmiyyətini artırıb
Sputnik Azərbaycan
"Financial Times"ın yayımladığı məqalədə bildirilir ki, Türkiyədə keçən il seçki keçirilsəydi, müxalifətin şansı olardı, amma indi buna inam bir qədər azalıb. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T11:49+0400
2022-05-05T11:49+0400
2022-05-05T11:49+0400
dünya xəbərləri
türkiyə
türkiyə ordusu
nato
https://cdnn1.img.sputnik.az/img/41662/19/416621908_0:28:2048:1180_1920x0_80_0_0_fedef7d25fcfb6a645de0d4ba5f2311d.jpg
BAKI, 5 may — Sputnik. Rəsmi Ankaranın Rusiya və Ukrayna arasındakı böhranda vasitəçiliyi Türkiyənin NATO ölkələrinin gözündə vasitəçi kimi əhəmiyyətini artırıb, prezident Ərdoğan bu fürsətdən istifadə edib. Bu barədə "Financial Times" məqalə yayımlayıb.Nəşr adının açıqlanmasını istəməyən müxalifət rəsmisinə istinadən yazıb ki, Türkiyədə keçən il seçki keçirilsəydi, müxalifətin şansı olardı, amma indi buna inam bir qədər azalıb."Müxalifət qanadının ən böyük narahatlığı Kılıçdaroğlunun (Türkiyənin müxalifət lideri Kamal Kılıçdaroğlu - red.) Ərdoğana qarşı namizədliyini irəli sürməsi və Ərdoğanın onu "diri-diri yeyəcəyi"dir. Kılıçdaroğlu həqiqətən də namizəd olmaq istəyir. Onun prezidentliyə yaxşı namizəd olacağına heç bir şübhəm yoxdur, lakin onun qalib gəlmək şansı çox deyil", - məqalədə müxalifət nümayəndəsinin sözlərindən sitat gətirilib.Onun sözlərinə görə, kim müxalifət namizədi seçilsə, o, mart ayında 61 faizə çatan inflyasiyaya baxmayaraq, hələ də ölkədə ən populyar və təcrübəli siyasətçi ilə qarşılaşmalı olacaq.Bundan əvvəl müxalifətdə olan ən böyük sol mərkəzçi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun təşəbbüsü ilə mühafizəkar-millətçi "İYİ" partiyanın rəhbərinin də qatıldığı altı müxalifət partiyasının liderləri arasında görüşlər keçirilib. Görüşdən sonra Türkiyənin müxalifət partiyalarının altı lideri ölkənin "gücləndirilmiş parlament idarəetmə sisteminə" keçidi ilə bağlı memorandumun hazırlanması ilə bağlı bəyanatla çıxış ediblər.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220501/ukraynada-muharibenin-bitmesini-istemeyen-olkeler-var---turkiye-xn-rehberi-441595256.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41662/19/416621908_227:0:2048:1366_1920x0_80_0_0_afdedc92b94c2f7130b976f7ff5ccada.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, türkiyə ordusu, nato
türkiyə, türkiyə ordusu, nato
Rusiya-Ukrayna gərginliyi Türkiyənin NATO-da əhəmiyyətini artırıb
"Financial Times"ın yayımladığı məqalədə bildirilir ki, Türkiyədə keçən il seçki keçirilsəydi, müxalifətin şansı olardı, amma indi buna inam bir qədər azalıb.
BAKI, 5 may — Sputnik. Rəsmi Ankaranın Rusiya və Ukrayna arasındakı böhranda vasitəçiliyi Türkiyənin NATO ölkələrinin gözündə vasitəçi kimi əhəmiyyətini artırıb, prezident Ərdoğan bu fürsətdən istifadə edib. Bu barədə "Financial Times" məqalə yayımlayıb.
Nəşr adının açıqlanmasını istəməyən müxalifət rəsmisinə istinadən yazıb ki, Türkiyədə keçən il seçki keçirilsəydi, müxalifətin şansı olardı, amma indi buna inam bir qədər azalıb.
"Müxalifət qanadının ən böyük narahatlığı Kılıçdaroğlunun (Türkiyənin müxalifət lideri Kamal Kılıçdaroğlu - red.) Ərdoğana qarşı namizədliyini irəli sürməsi və Ərdoğanın onu "diri-diri yeyəcəyi"dir. Kılıçdaroğlu həqiqətən də namizəd olmaq istəyir. Onun prezidentliyə yaxşı namizəd olacağına heç bir şübhəm yoxdur, lakin onun qalib gəlmək şansı çox deyil", - məqalədə müxalifət nümayəndəsinin sözlərindən sitat gətirilib.
Onun sözlərinə görə, kim müxalifət namizədi seçilsə, o, mart ayında 61 faizə çatan inflyasiyaya baxmayaraq, hələ də ölkədə ən populyar və təcrübəli siyasətçi ilə qarşılaşmalı olacaq.
Bundan əvvəl müxalifətdə olan ən böyük sol mərkəzçi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun təşəbbüsü ilə mühafizəkar-millətçi "İYİ" partiyanın rəhbərinin də qatıldığı altı müxalifət partiyasının liderləri arasında görüşlər keçirilib. Görüşdən sonra Türkiyənin müxalifət partiyalarının altı lideri ölkənin "gücləndirilmiş parlament idarəetmə sisteminə" keçidi ilə bağlı memorandumun hazırlanması ilə bağlı bəyanatla çıxış ediblər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.