Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rusiya-Azərbaycan sərhəd-keçid məntəqəsində yeniliklər ediləcək

© Sputnik / Murad OrujovRusiya-Azərbaycan sərhədi
Rusiya-Azərbaycan sərhədi - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Bu barədə Rusiyanın Baş naziri sərəncam imzalayıb. Yükdaşımaların daha da artacağı gözlənilir.
BAKI, 5 may — Sputnik. Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.
Azərbaycanla sərhəddəki "Yaraq-Kazmalyar" sərhəd-keçid məntəqəsi və Gürcüstanla sərhəddəki "Yuxarı Lars" keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq.
"Yaraq-Kazmalyar" keçid məntəqəsində daha bir hərəkət zolağı istifadəyə verilib
Qeyd edək ki, ötən ay Rusiya-Azərbaycan sərhədindəki "Yaraq-Kazmalyar" keçid məntəqəsində yük maşınlarının hərəkəti üçün daha bir zolaq açılıb.
Daha bir hərəkət zolağının istifadəyə verilməsi məntəqənin buraxılış imkanlarını gündə 100 yük maşını həcmində artıracaq, gözləmə vaxtını xeyli azaldacaq. Hazırda məntəqədən hər iki istiqamətdə gündə 500-550 yük maşını keçir.
Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə, meyvə və tərəvəzin istehlakçıya vaxtında çatdırılması bu məntəqənin işindən asılıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
“Xanoba” keçid məntəqələri  - Sputnik Azərbaycan, 1920, 08.02.2021
CƏMİYYƏT
Bu sərhəd keçid məntəqəsi arasında avtomobil yolu genişləndirilir
Xəbər lenti
0