https://sputnik.az/20220505/putin-bennetle-danisdi-rusiya-ile-srail-arasindaki-anlasilmazliq-aradan-qalxdi-441696824.html
Putin Bennetlə danışdı, Rusiya ilə İsrail arasındakı anlaşılmazlıq aradan qalxdı
Putin Bennetlə danışdı, Rusiya ilə İsrail arasındakı anlaşılmazlıq aradan qalxdı
Sputnik Azərbaycan
Yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə Bennet Putinə təşəkkür edib. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T23:10+0400
2022-05-05T23:10+0400
2022-05-06T10:10+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
rusiya federasiyasının prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419579_0:0:3398:1912_1920x0_80_0_0_74277ac127b0e016542875f547286d8f.jpg
BAKI, 5 may - Sputnik. İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.Kremldən verilən məlumata görə, Vladimir Putin İsrailin baş naziri Bennetlə Ukraynadakı vəziyyəti və digər məsələləri müzakirə ediblər. Putin və Bennet humanitar aspektlərə, xüsusən də Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslərin evakuasiyasına xüsusi diqqət yetiriblər. Prezident vurğulayıb ki, Rusiya hərbçiləri dinc əhalinin təhlükəsiz çıxışını təmin etməyə hazırdır."Azovstalda qalan yaraqlılara gəlincə, Kiyev hakimiyyəti onlara silahlarını yerə qoymaq əmri verməlidir", - Putin deyibTərəflər müharibədə həlak olanların, o cümlədən Holokost qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Rusiya və İsrail xalqları üçün 9 May tarixinin xüsusi əhəmiyyətini vurğulayıblar. İki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdilər. Bennet Qırmızı Ordunun nasizm üzərində Qələbəyə həlledici töhfəsini qeyd edib. İsrail Baş nazirinin ofisinin yaydığı məlumatda isə deyilir ki, telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə Bennet Putinə təşəkkür edib”, - məlumatda deyilir.Mayın 1-də Lavrov İtaliya teleşirkətinə müsahibəsində bildirib ki, "Ukraynada nasistləşmə mövcuddur, əsir götürülmüş "Azov" (bu döyüşçülərə qarşı Rusiya cinayət işi açıb), "Aydar" və digər bölmələrin yaraqlılarında, batalyonlarında svastika, nasist batalyonlarının simvolu və döymələri var".Lavrovun sözlərinə görə, Vladimir Zelenski "arqument irəli sürür ki, əgər o, yəhudidirsə, hansı nasizmdən söhbət gedə bilər?".XİN-in saytında yer alan məlumata görə Lavrov deyib: "Əgər səhv etmirəmsə, Hitlerdə də yəhudi qanı olub, amma bunun heç bir əhəmiyyəti yoxdur, müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər elə yəhudilərin özləridir"İsrailin baş naziri Naftali Bennet Rusiya xarici işlər nazirinin sözlərini şərh edərkən, Holokost faciəsindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu bildirib.Mayın 2-də İsrail XİN-in mətbuat xidməti məlumat yayıb ki, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə izahat xarakterli söhbətə çağırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220504/zaxarova-lavrovun-sozlerine-reaksiyani-diqqeti-problemden-yayindirmaq-cehdi-adlandirib-441639365.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/19/441419579_478:0:3209:2048_1920x0_80_0_0_e4584f406d5c4ff41283c6be228b9c92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyasının prezidenti vladimir putin
Putin Bennetlə danışdı, Rusiya ilə İsrail arasındakı anlaşılmazlıq aradan qalxdı
23:10 05.05.2022 (Yenilənib: 10:10 06.05.2022) Yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə Bennet Putinə təşəkkür edib.
BAKI, 5 may - Sputnik. İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Kremldən verilən məlumata görə, Vladimir Putin İsrailin baş naziri Bennetlə Ukraynadakı vəziyyəti və digər məsələləri müzakirə ediblər. Putin və Bennet humanitar aspektlərə, xüsusən də Mariupoldakı “Azovstal” zavodundan mülki şəxslərin evakuasiyasına xüsusi diqqət yetiriblər. Prezident vurğulayıb ki, Rusiya hərbçiləri dinc əhalinin təhlükəsiz çıxışını təmin etməyə hazırdır.
"Azovstalda qalan yaraqlılara gəlincə, Kiyev hakimiyyəti onlara silahlarını yerə qoymaq əmri verməlidir", - Putin deyib
Tərəflər müharibədə həlak olanların, o cümlədən Holokost qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Rusiya və İsrail xalqları üçün 9 May tarixinin xüsusi əhəmiyyətini vurğulayıblar. İki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdilər.
Bennet Qırmızı Ordunun nasizm üzərində Qələbəyə həlledici töhfəsini qeyd edib.
İsrail Baş nazirinin ofisinin yaydığı məlumatda isə deyilir ki, telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə Bennet Putinə təşəkkür edib”, - məlumatda deyilir.
Mayın 1-də Lavrov İtaliya teleşirkətinə müsahibəsində bildirib ki, "Ukraynada nasistləşmə mövcuddur, əsir götürülmüş "Azov" (bu döyüşçülərə qarşı Rusiya cinayət işi açıb), "Aydar" və digər bölmələrin yaraqlılarında, batalyonlarında svastika, nasist batalyonlarının simvolu və döymələri var".
Lavrovun sözlərinə görə, Vladimir Zelenski "arqument irəli sürür ki, əgər o, yəhudidirsə, hansı nasizmdən söhbət gedə bilər?".
XİN-in saytında yer alan məlumata görə Lavrov deyib: "Əgər səhv etmirəmsə, Hitlerdə də yəhudi qanı olub, amma bunun heç bir əhəmiyyəti yoxdur, müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər elə yəhudilərin özləridir"
İsrailin baş naziri Naftali Bennet Rusiya xarici işlər nazirinin sözlərini şərh edərkən, Holokost faciəsindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu bildirib.
Mayın 2-də İsrail XİN-in mətbuat xidməti məlumat yayıb ki, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə izahat xarakterli söhbətə çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.