https://sputnik.az/20220504/zaxarova-lavrovun-sozlerine-reaksiyani-diqqeti-problemden-yayindirmaq-cehdi-adlandirib-441639365.html
Zaxarova Lavrovun sözlərinə reaksiyanı diqqəti problemdən yayındırmaq cəhdi adlandırıb
Zaxarova Lavrovun sözlərinə reaksiyanı diqqəti problemdən yayındırmaq cəhdi adlandırıb
Sputnik Azərbaycan
Mariya Zaxarovanln sözlərinə görə, Qərbin Ukraynada neonasist qüvvələrin mövcudluğuna tam məhəl qoymaması artıq təkcə "ikili standartlar" deyil. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T15:01+0400
2022-05-04T15:01+0400
2022-05-04T15:01+0400
mariya zaxarova
rusiya
rusiya xin
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494458_0:105:2776:1667_1920x0_80_0_0_652487382b49314e9b9ed9582f2eeb0d.jpg
BAKI, 4 may — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarına dünya ictimaiyyətinin reaksiyası və Qərbin Ukraynada neonasist qüvvələrin mövcudluğuna tam məhəl qoymaması artıq "ikili standartlar" deyil, diqqəti real problemdən yayındırmaqdır.Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib."Bunu "ikili standartlar" adlandırmağı dayandırın. Bunu daha yaxşı sözlə ifadə etmək olar- alçaqlıq", - deyə Zaxarova qeyd edib.Diplomat əmindir ki, artıq bu ritorika keçmişdə qalıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya problemi izah edəndə empati qurmağa çalışsaydı, bu ritorikadan istifadə etmək yerində olardı, lakin bu cəhdlər boşa çıxıb."Bu gün biz sıfır reaksiya görürük. Üstəlik, biz əks reaksiya görürük. Biz beynəlxalq ictimaiyyətin diqqətini problemdən yayındıran və problemin olmamasına fokuslanmış reaksiyanı görürük", - deyə Zaxarova fikrini yekunlaşdırıb.Mayın 1-də Lavrov İtaliyanın "Mediaset" teleşirkətinə müsahibəsində bildirib ki, "Ukraynada nasistləşmə mövcuddur, əsir götürülmüş "Azov" (bu döyüşçülərə qarşı Rusiya cinayət işi açıb), "Aydar" və digər bölmələrin yaraqlılarında, batalyonlarında svastika, nasist batalyonlarının simvolu və döymələri var".Lavrovun sözlərinə görə, Vladimir Zelenski "arqument irəli sürür ki, əgər o, yəhudidirsə, hansı nasizmdən söhbət gedə bilər?".XİN-in saytında yer alan məlumata görə Lavrov deyib: "Əgər səhv etmirəmsə, Hitlerdə də yəhudi qanı olub, amma bunun heç bir əhəmiyyəti yoxdur, müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər elə yəhudilərin özləridir"İsrailin baş naziri Naftali Bennet Rusiya xarici işlər nazirinin sözlərini şərh edərkən, Holokost faciəsindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu bildirib.Mayın 2-də İsrail XİN-in mətbuat xidməti məlumat yayıb ki, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə izahat xarakterli söhbətə çağırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220428/rusiyaya-qarsi-tesebbusler-cavabsiz-qalmayacaq---mariya-zaxarova-441506592.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494458_22:0:2753:2048_1920x0_80_0_0_6eb9acef5ebe16ea102ab20a9f7d1f3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, rusiya xin, sergey lavrov
mariya zaxarova, rusiya xin, sergey lavrov
Zaxarova Lavrovun sözlərinə reaksiyanı diqqəti problemdən yayındırmaq cəhdi adlandırıb
Mariya Zaxarovanln sözlərinə görə, Qərbin Ukraynada neonasist qüvvələrin mövcudluğuna tam məhəl qoymaması artıq təkcə "ikili standartlar" deyil.
BAKI, 4 may — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatlarına dünya ictimaiyyətinin reaksiyası və Qərbin Ukraynada neonasist qüvvələrin mövcudluğuna tam məhəl qoymaması artıq "ikili standartlar" deyil, diqqəti real problemdən yayındırmaqdır.
Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
"Bunu "ikili standartlar" adlandırmağı dayandırın. Bunu daha yaxşı sözlə ifadə etmək olar- alçaqlıq", - deyə Zaxarova qeyd edib.
Diplomat əmindir ki, artıq bu ritorika keçmişdə qalıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya problemi izah edəndə empati qurmağa çalışsaydı, bu ritorikadan istifadə etmək yerində olardı, lakin bu cəhdlər boşa çıxıb.
"Bu gün biz sıfır reaksiya görürük. Üstəlik, biz əks reaksiya görürük. Biz beynəlxalq ictimaiyyətin diqqətini problemdən yayındıran və problemin olmamasına fokuslanmış reaksiyanı görürük", - deyə Zaxarova fikrini yekunlaşdırıb.
Mayın 1-də Lavrov İtaliyanın "Mediaset" teleşirkətinə müsahibəsində bildirib ki, "Ukraynada nasistləşmə mövcuddur, əsir götürülmüş "Azov" (bu döyüşçülərə qarşı Rusiya cinayət işi açıb), "Aydar" və digər bölmələrin yaraqlılarında, batalyonlarında svastika, nasist batalyonlarının simvolu və döymələri var".
Lavrovun sözlərinə görə, Vladimir Zelenski "arqument irəli sürür ki, əgər o, yəhudidirsə, hansı nasizmdən söhbət gedə bilər?".
XİN-in saytında yer alan məlumata görə Lavrov deyib: "Əgər səhv etmirəmsə, Hitlerdə də yəhudi qanı olub, amma bunun heç bir əhəmiyyəti yoxdur, müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər elə yəhudilərin özləridir"
İsrailin baş naziri Naftali Bennet Rusiya xarici işlər nazirinin sözlərini şərh edərkən, Holokost faciəsindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu bildirib.
Mayın 2-də İsrail XİN-in mətbuat xidməti məlumat yayıb ki, Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə izahat xarakterli söhbətə çağırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.