https://sputnik.az/20220505/prezident-merkezi-nebatat-baginin-yeniden-qurulmasina-milyonlarla-vesait-ayirib-441681770.html
Prezident Mərkəzi Nəbatat Bağının yenidən qurulmasına milyonlarla vəsait ayırıb
Prezident Mərkəzi Nəbatat Bağının yenidən qurulmasına milyonlarla vəsait ayırıb
Sputnik Azərbaycan
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T20:13+0400
2022-05-05T20:13+0400
2022-05-05T20:13+0400
mərkəzi nəbatat bağı
azərbaycan xəbərləri
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117096_0:0:1001:563_1920x0_80_0_0_27905d9f4fd1d074c0ad0593d8bc7322.jpg
BAKI, 5 may — Sputnik. Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda bildirilir ki, Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.Sərəncama əsasən, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə qərara alıram:1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117096_0:0:889:667_1920x0_80_0_0_bed7493ec44f8ec2ef636b53e411f658.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi nəbatat bağı, prezident ilham əliyev
mərkəzi nəbatat bağı, prezident ilham əliyev
Prezident Mərkəzi Nəbatat Bağının yenidən qurulmasına milyonlarla vəsait ayırıb
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
BAKI, 5 may — Sputnik. Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.
Sərəncama əsasən, Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılması məqsədilə qərara alıram:
1. Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25,0 (iyirmi beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.