https://sputnik.az/20220505/pandemiya-vaxti-is-yerlerinin-baglanmasi-insan-alveri-risklerini-artirmisdi---koordinator-441678434.html
Pandemiya vaxtı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı - Koordinator
Pandemiya vaxtı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı - Koordinator
Sputnik Azərbaycan
Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T15:17+0400
2022-05-05T15:17+0400
2022-05-05T15:17+0400
pandemiya
insan alveri
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42363/34/423633470_0:0:1921:1080_1920x0_80_0_0_8d384acac354e7d67b00c44f00ded4a9.jpg
BAKI, 5 may — Sputnik. Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.Məlumatı daxili işlər nazirinin birinci müavini, milli koordinator Seyfulla Əzimov təqdim edib.O bildirib ki, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətindən 2,7 faizinin (51) məcburi əmək cinayəti olması həmin əməllərin ölkəmiz üçün xarakterik olmadığını göstərir.DİN-in rəsmisi qeyd edib ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı aşkarlanıb və zərərçəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi müəyyən olunub.Onun sözlərinə görə, ötən il Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar nəticəsində 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib və hüquq pozuntusuna yol verən işəgötürənlər cərimə olunublar. Dövlət Məşğulluq Agentliyi 434 nəfərin, o cümlədən 7 əlilin, 207 gəncin, 141 qadının müxtəlif sektorlarda işlə təmin edilməsinə nail olub.S.Əzimov diqqətə çatdırıb ki, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi və məşğulluğun təmin olunması proqramı çərçivəsində sosial tərəfdaşlarla 128 müqavilə bağlanıb, 1072 nəfər işsiz və işaxtaran şəxsə göndəriş verilib. Həmçinin ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən respublikanın 4 şəhər və rayonunda 3506 yeni iş yeri açılıb, 1800-dən çox şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.O bildirib ki, insan alveri cinayətin ən təhlükəli formalarından biri olaraq qalmaqdadır. Ölkəmizdə insan alverinə qarşı qanunvericilik bazası 2021-ci ildə də təkmiləşdirilib. Pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı. Bu baxımdan insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib. Təqdim edilən illik məlumat səsverməyə çıxarılaraq qəbul olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220428/azerbaycanda-insan-alveri-qurbanlarinin-yas-heddi-aciqlanib-441523189.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/34/423633470_0:0:1703:1277_1920x0_80_0_0_d601024ba8d2b35a40c4953ebb5a251c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pandemiya, insan alveri, milli məclis
pandemiya, insan alveri, milli məclis
Pandemiya vaxtı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı - Koordinator
Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib.
BAKI, 5 may — Sputnik. Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Məlumatı daxili işlər nazirinin birinci müavini, milli koordinator Seyfulla Əzimov təqdim edib.
O bildirib ki, 2005-2021-ci illərdə aşkar edilmiş 1916 insan alveri cinayətindən 2,7 faizinin (51) məcburi əmək cinayəti olması həmin əməllərin ölkəmiz üçün xarakterik olmadığını göstərir.
DİN-in rəsmisi qeyd edib ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 3 məcburi əmək faktı aşkarlanıb və zərərçəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismar edildiyi müəyyən olunub.
Onun sözlərinə görə, ötən il Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı yoxlamalar nəticəsində 267 şəxsin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib və hüquq pozuntusuna yol verən işəgötürənlər cərimə olunublar. Dövlət Məşğulluq Agentliyi 434 nəfərin, o cümlədən 7 əlilin, 207 gəncin, 141 qadının müxtəlif sektorlarda işlə təmin edilməsinə nail olub.
S.Əzimov diqqətə çatdırıb ki, insan alverinin potensial qurbanlarının ictimai-faydalı əməyə cəlb edilməsi və məşğulluğun təmin olunması proqramı çərçivəsində sosial tərəfdaşlarla 128 müqavilə bağlanıb, 1072 nəfər işsiz və işaxtaran şəxsə göndəriş verilib. Həmçinin ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən respublikanın 4 şəhər və rayonunda 3506 yeni iş yeri açılıb, 1800-dən çox şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.
O bildirib ki, insan alveri cinayətin ən təhlükəli formalarından biri olaraq qalmaqdadır. Ölkəmizdə insan alverinə qarşı qanunvericilik bazası 2021-ci ildə də təkmiləşdirilib. Pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı. Bu baxımdan insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib.
Təqdim edilən illik məlumat səsverməyə çıxarılaraq qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.