Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankda mühüm görüş: Bankirlər nəyi müzakirə ediblər?

© Sputnik / Murad OrujovMərkəzin Bankın binası, arxiv şəkli
Mərkəzin Bankın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma istiqamətlərində aktiv işlər davam etdiriləcək.
BAKI, 5 may — Sputnik. Mərkəzi Bankın sədri Taleh Kazımov kommersiya banklarının rəhbərləri ilə görüş keçirib.
Mərkəzi Bankın məlumatına görə, məqsəd milli iqtisadiyyatın inkişafında bank sisteminin rolunun artırılması, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxış perspektivləri, ölkədə nağdsız ödənişlərin genişlənməsi və digər aktual məsələlərin müzakirə edilməsi olub.
Mərkəzi Bankın sədri çıxış edərək Prezident İlham Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd edib. Bildirib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib və bu istiqamətdə genişmiqyaslı tədbirlər davam etdirilir.
Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən T.Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin inkişafındakı aparıcı rolunu xüsusilə qeyd edib və bildirib ki, növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər istiqamətlərdə aktiv işlər davam etdiriləcək.
Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki dayanıqlı inkişaf trendləri, maliyyə inklüzivliyinin artırılması, iqtisadi genişlənmə, bankçılıqda müasir tələblərə uyğun inkişaf perspektivləri barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, ötən ay Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0