https://sputnik.az/20220505/deputat-nazirler-kabineti-kisiler-klubudur-441690223.html
Deputat: "Nazirlər Kabineti kişilər klubudur"
Deputat: "Nazirlər Kabineti kişilər klubudur"
Sputnik Azərbaycan
Parlamentdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə edilən zaman Qüdrət Həsənquliyev Nazirlər kabinetində cəmi 1 qadının işləməsinə etiraz... 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T21:16+0400
2022-05-05T21:16+0400
2022-05-05T21:16+0400
deputat
cəmiyyət
qüdrət həsənquliyev
millət vəkili qüdrət həsənquliyev
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/42058/84/420588456_0:0:3071:1728_1920x0_80_0_0_8fd197f20ab893b9f9803b96c748be4a.jpg
BAKI, 5 may — Sputnik. Azərbaycanda qadınların pensiya yaşı azaldılmalıdır.Bunu parlamentdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.APA-nın məlumatına görə, deputat bildirib ki, qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır: "Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq. Bizdə, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır. Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır"."Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%-dən az olmasın", - deyə o əlavə edib.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov cavabında deyib ki, çoxuşaqlı ailələr üçün uşaqların sayının hazırda olduğundan az götürülməsi məsləsinə yeni pensiya konsepsiyası çərçivəsində yenidən baxarıq.Nazir müavini bildirib ki, eyni zamanda sağlam ömür orta yaşına da yeni pensiya konsepsiyasında yenidən baxmaq olar.Anar Kərimov xatırladıb ki, 2020-ci ildə 6 və daha çox uşağı olan ailələrin sayı 1137 nəfər idi: "İldə 20-yə yaxın ailədən söhbət gedir. Qüdrət müəllimin dediyi məsələ çox adamı əhatə etməyəcək".Xatırladaq ki, mövcud qanuna görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42058/84/420588456_0:0:2731:2048_1920x0_80_0_0_de727507e32cc7b991d46d02108fa0cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
deputat, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev, nazirlər kabineti
deputat, qüdrət həsənquliyev, millət vəkili qüdrət həsənquliyev, nazirlər kabineti
Deputat: "Nazirlər Kabineti kişilər klubudur"
Parlamentdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə edilən zaman Qüdrət Həsənquliyev Nazirlər kabinetində cəmi 1 qadının işləməsinə etiraz edib.
BAKI, 5 may — Sputnik. Azərbaycanda qadınların pensiya yaşı azaldılmalıdır.
Bunu parlamentdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
APA-nın məlumatına görə, deputat bildirib ki, qanunun 8-ci maddəsində çoxuşaqlı anaların pensiyaya çıxmasının qarşısı alınır:
"Bundan nazirlik nə qədər vəsaitə qənaət edəcək? Bunu bilmək istəyirəm. Əvvəlki qanunun 8-ci maddəsinə görə, 6 uşağı olan anaların pensiya yaşı 6 il, 10 uşağı olanların 10 il azaldılırdı. İndi hamısının pensiya yaşı 5 il azalacaq. Bizdə, ümumiyyətlə, qadınların pensiya yaşı azaldılmalıdır. Bununla qadınlar, qızlar üçün iş yerləri açıla bilər. Bizim Nazirlər Kabineti kişilər klubudur, orada cəmi bir qadın var. Biz patriarxal cəmiyyət deyilik. Bu istiqamətdə ciddi dəyişikliklər olmalıdır".
"Ümumiyyətlə, kvota müəyyən olunmalıdır ki, dövlət orqanlarında qadınların işləmə faizi 35%-dən az olmasın", - deyə o əlavə edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov cavabında deyib ki, çoxuşaqlı ailələr üçün uşaqların sayının hazırda olduğundan az götürülməsi məsləsinə yeni pensiya konsepsiyası çərçivəsində yenidən baxarıq.
Nazir müavini bildirib ki, eyni zamanda sağlam ömür orta yaşına da yeni pensiya konsepsiyasında yenidən baxmaq olar.
Anar Kərimov xatırladıb ki, 2020-ci ildə 6 və daha çox uşağı olan ailələrin sayı 1137 nəfər idi: "İldə 20-yə yaxın ailədən söhbət gedir. Qüdrət müəllimin dediyi məsələ çox adamı əhatə etməyəcək".
Xatırladaq ki, mövcud qanuna görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.