https://sputnik.az/20220505/birinci-sinfe-qebulla-bagli-suallara-aydinliq-getirilib-441673810.html
Birinci sinfə qəbulla bağlı suallara aydınlıq gətirilib
Birinci sinfə qəbulla bağlı suallara aydınlıq gətirilib
Sputnik Azərbaycan
Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində təhsil almaları üçün heç bir prosedura ehtiyac yoxdur. 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T18:21+0400
2022-05-05T18:21+0400
2022-05-05T18:21+0400
məktəb
təhsil
birinci sinif
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106144_0:0:3071:1728_1920x0_80_0_0_e1fe43584d895357966f50d828c3e9ac.jpg
BAKI, 5 may — Sputnik. Hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır.Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, I siniflərə elektron şagird qəbuluna mayın 4-dən başlanılıb.APA-nın xəbərinə görə, O.Abbasov bildirib ki, mayın 6-dan Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq: “Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində təhsil almaları üçün heç bir prosedura ehtiyac yoxdur. Onlar birbaşa I sinfə qəbul olunurlar. Artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub".Valideynlər mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər.Birbaşa I sinfə gedəcək şagirdlər isə şəxsi kabinet açaraq mayın 6-dan məktəb və siniflərini seçməlidirlər.Rus bölməsi üzrə qəbula gəldikdə isə, O.Abbasov bildirib ki, qəbul üçün müsahibələr yenidən canlı formada olacaq: “Ümumtəhsil haqqında qanunun bəndlərinə uyğun olaraq digər dillərdə təhsilə qəbul müsahibə formasında aparılır və uşağın şifahi bacarıqları yoxlanılır”.Orxan Abbasovun sözlərinə görə, mayın 6-dan məktəbəhazırlıq və eyni zamanda I sinfə qəbul olan şagirdlər sistemə daxil olaraq müsahibəyə yazılmalıdılar: “Ötən il pandemiya ilə əlaqədar müsahibələr onlayn idi, bu il bütün müsahibələr yenidən canlı formatda həyata keçiriləcə".Bunun üçün valideynlər sistemə daxil olaraq müvafiq gün və saatı seçə biləcklər.Qeyd edək ki, rus bölməsinə qeydiyyat mayın 6-dan mayın 30-na qədər davam edəcək. Mayın 10-dan 31-nə qədər isə müsahibələr keçiriləcək.O.Abbasov məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər yayılıb: "Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək".Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106144_331:0:3062:2048_1920x0_80_0_0_a634855adee12ec26f09e3170c562969.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, birinci sinif
Birinci sinfə qəbulla bağlı suallara aydınlıq gətirilib
Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində təhsil almaları üçün heç bir prosedura ehtiyac yoxdur.
BAKI, 5 may — Sputnik. Hər il təxminən 150 min şagird I siniflərdə tədrisə başlayır.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov bildirib. Onun sözlərinə görə, I siniflərə elektron şagird qəbuluna mayın 4-dən başlanılıb.
APA-nın xəbərinə görə, O.Abbasov bildirib ki, mayın 6-dan Azərbaycan bölməsi üçün məktəb və sinif seçimi başlayacaq: “Məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin Azərbaycan bölməsində təhsil almaları üçün heç bir prosedura ehtiyac yoxdur. Onlar birbaşa I sinfə qəbul olunurlar. Artıq avtomatik olaraq həmin qruplarda təhsil alan 90 minə yaxın şagird I sinfə qəbul olunub".
Valideynlər mayın 6-dan elektron ərizələrini şəxsi kabinetdən çap edib məktəbə təqdim etməlidirlər.
Birbaşa I sinfə gedəcək şagirdlər isə şəxsi kabinet açaraq mayın 6-dan məktəb və siniflərini seçməlidirlər.
Rus bölməsi üzrə qəbula gəldikdə isə, O.Abbasov bildirib ki, qəbul üçün müsahibələr yenidən canlı formada olacaq: “Ümumtəhsil haqqında qanunun bəndlərinə uyğun olaraq digər dillərdə təhsilə qəbul müsahibə formasında aparılır və uşağın şifahi bacarıqları yoxlanılır”.
Orxan Abbasovun sözlərinə görə, mayın 6-dan məktəbəhazırlıq və eyni zamanda I sinfə qəbul olan şagirdlər sistemə daxil olaraq müsahibəyə yazılmalıdılar: “Ötən il pandemiya ilə əlaqədar müsahibələr onlayn idi, bu il bütün müsahibələr yenidən canlı formatda həyata keçiriləcə".
Bunun üçün valideynlər sistemə daxil olaraq müvafiq gün və saatı seçə biləcklər.
Qeyd edək ki, rus bölməsinə qeydiyyat mayın 6-dan mayın 30-na qədər davam edəcək. Mayın 10-dan 31-nə qədər isə müsahibələr keçiriləcək.
O.Abbasov məktəbəhazırlıq qruplarının bağlanıb-bağlanmayacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının ləğv ediləcəyi ilə bağlı fikirlər yayılıb: "Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust aylarında olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.