https://sputnik.az/20220505/azerbaycanda-qida-mehsullari-izlenecek-yeni-qanunun-telebi-beledir-441677720.html
Azərbaycanda qida məhsulları izlənəcək: Yeni qanunun tələbi belədir
Azərbaycanda qida məhsulları izlənəcək: Yeni qanunun tələbi belədir
Sputnik Azərbaycan
Bu sahədə fəaliyyət göstərənlər bazara yerləşdirdikləri qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini... 05.05.2022, Sputnik Azərbaycan
2022-05-05T21:56+0400
2022-05-05T21:56+0400
2022-05-05T21:56+0400
qanun
iqtisadiyyat
milli məclis
cinayət məcəlləsi
qida
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 5 may — Sputnik. Milli Məclisdə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.Aqrar komitənin sədri Tahir Rzayev bildirib ki, qanun layihəsi Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin "tarladan süfrəyədək" prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib. Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib.Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub.Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:- həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi;- qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması;- yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;- qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması.Bu qanun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı münasibətləri tənzimləyir:- qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması;- istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması;- qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması.Həmin qanunun 27-ci maddəsi "Məhsulların izlənilməsi" adlanır.Sənədə əsasən, qida zəncirində fəaliyyətlə məşğul olanlar onları qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə malik olmalıdır.Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.Qida subyektləri sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları müvafiq orqana təqdim etməlidirlər.Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.Bu qanunun tələblərinin pozulması Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.Bu qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qanun, milli məclis, cinayət məcəlləsi, qida
qanun, milli məclis, cinayət məcəlləsi, qida
Azərbaycanda qida məhsulları izlənəcək: Yeni qanunun tələbi belədir
Bu sahədə fəaliyyət göstərənlər bazara yerləşdirdikləri qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini təmin etməlidir.
BAKI, 5 may — Sputnik. Milli Məclisdə "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Aqrar komitənin sədri Tahir Rzayev bildirib ki, qanun layihəsi Azərbaycan ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Tahir Rzayev 9 fəsil 40 maddədən ibarət layihənin "tarladan süfrəyədək" prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən etdiyini söyləyib. Bu sahədə dövlətin vəzifələrinə toxunan komitə sədri sənədin nəzarət sisteminin təkmilləşdirilməsi, istehlakçıların hüquqlarının daha dolğun təmin olunması cəhətdən əhəmiyyətini vurğulayıb, layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, sertifikatlaşdırma kimi məsələlərin dəqiq və sadə mexanizmlərinin əks olunmasına diqqət çəkib.
Sənəddə, eyni zamanda qida təhlükəsizliyi sahəsində tələblər, o cümlədən qida və yem məhsullarının, xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin, həmçinin zənginləşdirilən qida məhsullarının təhlükəsizliyi və digər bir sıra məqamlara dair tələblər ehtiva olunub.
Həmçinin layihədə qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmə məsələləri, qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətinə aid, həmçinin qida subyektlərinin hüquq və vəzifələri kimi məsələləri əhatə edən müddəalar yer alıb.
Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır:
- həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi;
- qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması;
- yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;
- qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması.
Bu qanun istehlakçıların hüquqlarının müdafiəsi sahəsində aşağıdakı münasibətləri tənzimləyir:
- qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması;
- istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması;
- qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması.
Həmin qanunun 27-ci maddəsi "Məhsulların izlənilməsi" adlanır.
Sənədə əsasən, qida zəncirində fəaliyyətlə məşğul olanlar onları qida və yem məhsulları ilə təchiz edən subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə malik olmalıdır.
Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir.
Qida subyektləri sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları müvafiq orqana təqdim etməlidirlər.
Qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər.
Bu qanunun tələblərinin pozulması Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
Bu qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.