Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Avropanın Rusiya qazından imtina etməsi mümkün deyil-İqtisadçı

Abunə olmaq
İqtisadçının sözlərinə görə, neftin qiymətinin 90-110 dollar civarında qalması neft ixrac edən ölkələr üçün əlverişlidir
BAKI, 5 may — Sputnik. Avropaya qaz idxalında Rusiyanın payı 40 faiz təşkil edir, ona görə də Rusiya qazından imtina bu gün texniki olaraq mümkün deyil. Bunu iqtisadçı Emin Qəribli Avropanın Rusiya qazından imtina etməsi məsələsindən danışarkən deyib.
İqtisadçı qeyd edib ki, neftin qiymətinin 90-110 dollar civarında qalması, neft ixrac edən ölkələr üçün yetərincə əlverişlidir, qiymətlərin kəskin bahalaşmasının və ya ucuzlaşmasının Azərbaycan üçün də mənfi təsirləri ola bilər.
O bildirib ki, pandemiya nəticəsində dünya bazarında neftin qiyməti kəskin azalıb, hətta qiymət müharibələrini də müşahidə edirdik. 2021-ci ilin ikinci yarısında başlayaraq, dünya iqtisadiyyatı bərpa olmağa başlayıb. Güman ki, yaxın zamanda mərhələli ixracatın artımı üçün şərait yaradılacaq.
İqtisadçı ölkəmizdə bərpa olunan enerjidən də danışıb. Onun sözlərinə görə, bu sahədə yatırımlar Azərbaycana yeni texnologiyaların gətirilməsinə səbəb olub. Xarici şirkətlər ölkəmizə maraq göstərir və böyük elektrik stansiyaları tikilir. Ölkə iqtisadiyyatının dayanıqlığı xarici investorların Azərbaycana marağının artmasına səbəb olur.
Xəbər lenti
0