Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Xəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb - FOTO

© Sputnik / Murad OrujovXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə zərərsizləşdirilməsi planlaşdırılıb.
BAKI, 4 may — Sputnik. "UMID BABEK OPERATING COMPANY" əməliyyat şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində naməlum obyektlər aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceXəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb
Xəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Xəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb
Dənizin keçmiş SSRİ dövründə tral gəmilər birləşmələrinin poliqonu kimi istifadə edilən akvatoriyasına cəlb olunan Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən keçirilən baxış zamanı aşkarlanmış obyektlərin keçmiş SSRİ dövründə minalanma standartlarına tam əməl edilmədən suya atılmış 6 ədəd böyük gəmi minası (КБ-1) olması müəyyən edilib.
© AR Ministry of DefenceXəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb
Xəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Xəzərin Azərbaycan sektorunda gəmi minaları aşkarlanıb
Aşkarlanmış minaların cari il mayın 9-dan etibarən hava şəraitindən asılı olaraq təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilməsi və axtarış tədbirlərinin davam etdirilməsi planlaşdırılıb.
Minaların aşkarlandığı ərazi təhlükəsizlik məqsədilə gəmi sürücülüyü üçün müvəqqəti bağlanılıb.
Xəzər dənizinin Azərbaycan sektorunda mülki təyinatlı işlər adi qaydada davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0