https://sputnik.az/20220504/son-zeng-nece-kecirilecek-nazir-izahat-verdi-441636879.html
Son zəng necə keçiriləcək? Nazir izahat verdi
Son zəng necə keçiriləcək? Nazir izahat verdi
Sputnik Azərbaycan
Azərbaycanda təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. 04.05.2022, Sputnik Azərbaycan
2022-05-04T13:58+0400
2022-05-04T13:58+0400
2022-05-04T13:58+0400
azərbaycan xəbərləri
azərbaycan
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427208677_0:0:3070:1728_1920x0_80_0_0_3538eb052666bbd57ef95bc48c860ba1.jpg
BAKI, 4 may — Sputnik. Bu il son zəng ənənəvi qaydada keçiriləcək.Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasına bildirib.O qeyd edib ki, pandemiya hələ də davam edir."Mövcud qaydalar əsasında bu il məktəblərdə son zəng şənliyinin keçirilməsi gözlənilir", - nazir əlavə edib.Qeyd edək ki, son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gündür. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunub.Xatırladaq ki, nazir ötən ay demişdi ki, təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub.Mayın 1-dən Azərbaycanda maska tələbi ləğv edilib2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.Eyni zamanda, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/mekteblerde-son-zeng-olacaqmi-nazirden-cavab-441059469.html
https://sputnik.az
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427208677_271:0:3002:2048_1920x0_80_0_0_c9642b8a379e7b4ed5aa3a773270955a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, təhsil, elm və təhsil nazirliyi
azərbaycan, təhsil, elm və təhsil nazirliyi
Son zəng necə keçiriləcək? Nazir izahat verdi
Azərbaycanda təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub.
BAKI, 4 may — Sputnik. Bu il son zəng ənənəvi qaydada keçiriləcək.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasına bildirib.
O qeyd edib ki, pandemiya hələ də davam edir.
"Mövcud qaydalar əsasında bu il məktəblərdə son zəng şənliyinin keçirilməsi gözlənilir", - nazir əlavə edib.
Qeyd edək ki, son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gündür. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunub.
Xatırladaq ki, nazir ötən ay demişdi ki, təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub.
Mayın 1-dən Azərbaycanda maska tələbi ləğv edilib
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunub.
Eyni zamanda, Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.