Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının ixracı kəskin artıb

© Sergey Pivovarov / Mediabanka keçidTaxıl
Taxıl - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
Cari ilin yanvar-mart aylarında 22 ölkənin kən təsərrüfatı subyektləri Rusiyadan 5,1 milyard rubl məbləğində texnika alıblar ki, bu da illik müqayisədə 30% çoxdur.
BAKI, 4 may — Sputnik. Cari ilin birinci rübündə Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 56% artıb. Bu barədə Rusiya İxtisaslaşdırılmış Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının ("Rosspetsmash") açıqlamasında qeyd edilib.
Məlumata görə, ümumilikdə, 2022-ci ilin birinci rübündə Rusiya istehsalı olan kənd təsərrüfatı texnikasının ixracının həcmi 30% artaraq 5,1 milyard rubl təşkil edib. Ümumilikdə 2022-ci ilin yanvar-mart aylarında Rusiya texnikası 22 ölkənin təsərrüfatçılarına çatdırılıb. Hesabat dövründə əsas xarici bazarlar MDB və Aİ ölkələri, Misir, Monqolustan olub.
Cari ilin birinci rübündə Macarıstana tədarük 3,6 dəfə, Misirə - 3,2 dəfə, Polşaya - 2,9 dəfə, Moldovaya - 2,3 dəfə, Özbəkistana - 87%, Monqolustana - 81%, Qazaxıstana - 16%, Bolqarıstana - 16% artıb.
Aİ ölkələrinə kənd təsərrüfatı texnikasının ixracında artım əsasən yanvar-fevral aylarında tədarük hesabına baş verib.
Kəmiyyət baxımından ən böyük ixrac artımı aşağıdakı əsas seqmentlər üzrə qeydə alınıb: yemyığan kombaynlarının tədarükü 2,9 dəfə, taxılyığan kombaynların - 2,7 dəfə, otbiçənlərin - 90%, gübrə maşınların - 62%, çiləyicilərin - 54%, taxılbiçən maşınların tədarükü isə - 42% artıb.
Rusiya kənd təsərrüfatı texnikasının xarici tədarükünün artmasının əsas səbəbi hələ də dünya bazarında kənd təsərrüfatı məhsullarının davamlı yüksək olaraq qalmaqdadır və bunun sayəsində təsərrüfatçılar kənd təsərrüfatı istehsalının modernləşdirilməsinə əlavə vəsait yatıra bilərlər.
"Rosspetsmash"ın məlumatına görə, son illərdə Rusiya müəssisələri istehsalın stimullaşdırılmasına, elmi-tədqiqat işlərinin subsidiyalaşdırılmasına yönəlmiş mövcud dövlət dəstəyi tədbirləri sayəsində istehsal güclərinin genişləndirilməsi və modernləşdirilməsinə, yeni modellərin hazırlanmasına və istehsalına investisiyaları artırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bayraqlar - Sputnik Azərbaycan, 1920, 28.04.2022
RUSİYA
Azərbaycan və Rusiya yeni mərkəz yaradır
Xəbər lenti
0